Məşhur sorğu şirkəti: "Kılıçdaroğlu 2.5 faiz səs fərqi ilə Ərdoğanı qabaqlayır"

img

28-03-2023 [12:01]


Türkiyədə 14 may 2023-cü il seçkilərinə az qalmış sorğu şirkətləri araşdırmalarını davam etdirir. 

Mia.az xəbər verir ki, belə bir rəy sorğusunu da ölkənin məşhur "MetroPOLL" təşkilatı keçirib.

Bu barədə Tviter-dəki səhifəsində paylaşım edən "MetroPoll" Araşdırma Təşkilatənın sədri Özer Şencar bildirib ki, sorğunu müqavilə əsasında keçirdikləri üçün detalları ictimaiyyət üçün açıqlaya bilmir:

"Əziz izləyicilər, araşdırma və rəy sorğumuzun nəticələrini yalnız abunəçilərimizə göndəridiyimiz üçün burada açıqlaya bilmirik. Buna təəssüf edirəm. Yalnız onu deyə bilərəm ki, mart ayı üzrə real vəziyyəti araşdırmışıq. Alınan nəticyə görə, bu gün seçki olarsa, Kamal Kılıçdaroğlu 2.5 faiz səs fərqi ilə Ərdoğanı qabaqlayır".

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA