Abşeronda ağır qəza: 2 nəfər ölüb, 6 yaralı var

img

28-03-2023 [10:52]


Baş Dövlət Yol Polisi İdarəsi Abşeron rayonunda 2 nəfərin öldüyü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumata görə, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub