AKP: "Ərdoğan seçicilərin 53 faizinin səsini qazanacaq"

img

27-03-2023 [16:12]


Ərdoğanın sədri olduğu AK Partiyanın seçki üzrə məsul şəxsi, partiya sədrinin müavini Əli İhsan Yavuz mayın 14-dəki seçki ilə bağlı son rəy sorğusunu açıqlayıb.

Mia.az Haberler.com-a xəbər verir ki, o, yerli TV-lərə müsahibəsində seçkilərə 48 gün qalmış keçirilən sorğunun nəticələrindən söz açıb.

Sədr müavininin szlərinə gəörə, Ərdoğan bu seçkidə seçicilərin 53 faizinin səsini alaraq yenidən prezident seçiləcək: "AK Partiya isə seçicilərin təxminən 41 faizinin səsini qazanaraq yenə də ən çox deputat mandatı ilə Məclisdə təmsil olunacaq".

Rəqib namizədlərin atdığı hər addım diqqətlə izlədiklərini də  sözlərinə əlavə edən Əli İhsan Yavuz bildirib ki, prezident Ərdoğana olan güvən günü-gündən artır...

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR