Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib

img

27-03-2023 [12:28]


Daxili İşlər Nazirliyi (DİN) Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a daxil olan məlumatda deyilir:

“Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR