Baş Prokurorluq Zaqatalada geniş konfrans keçirəcək

img

27-03-2023 [10:57]


Baş Prokurorluq Zaqatalada qurumun mərkəzi aparatı və ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş konfrans keçirəcək.

Mia.az xəbər verir ki, aprelin 4-də baş tutacaq konfransda yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba və Bərdə şəhərlərində də regional konfranslar təşkil olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA