Fatih Terim "Trabzanspor"a gedir?

img

27-03-2023 [10:15]


Yaxın günlərdə "Trabzonspor"da baş məşqçi təyinatı gözlənilir.

Mia.az xəbər verir ki, dünən "Trabzonspor"un yeni prezidenti seçilən Ərtoğrul Doğan ilk sensasiyalı transferə imza atmağa hazırlaşır.

Türkiyəli jurnalist Salim Manavın paylaşımına görə, yeni prezident komandanın baş məşqçisi vəzifəsindən istefa verən Abdullah Avcıdan boşalan posta "Qalatasaray"ın əfsanəvi sabiq çalışdırıcısı Fatih Terim gətirir.

Jurnalistin iddiasına görə, Ərtoğrul Doğan artıq Terimlə danışıqlar aparıb: "Onlar bu həftə təkrar görüşəcək".

Xatırladaq ki, "Qalatasaray"dan ayrılan klubun simvol adı olan Fatih Terim "Cimbom"da 8 dəfə Super Liqa, 4 dəfə Türkiyə Kuboku və Super Kubok, bir dəfə isə UEFA Kubokunun qalibi olub. Adını "Qalatasaray" tarixinə qızıl hərflərlə yazan Terim "sarı-qırmızılılar"dan başqa milli komanda ilə bərabər, "Göztepe", "Ankaragücü", "Fiorentina" və "Milan" klublarında çalışıb.

Fatih Terim “Qalatasaray”dan ayrıldıqdan sonra Misir millisi və Misir Liqasının “Əl-Əhli” komandasının təkliflərini isə qəbul etməyib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR