"Azərbaycan hərbçiləriylə sülhməramlıları toqquşdurmaq planı puça çıxdı" - "Yolun nəzarətə götürdüyü saatda Ərdoğan Putinlə telefonla danışmış və..."

img

26-03-2023 [15:58]


"Paşinyan hökumətinin Qarabağda Azərbaycan hərbçiləriylə Rusiya sülhməramlılarını toqquşdurmaq, Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaratmaq planları növbəti dəfə puça çıxdı: martın 25-də hərbçilərimiz Rusiya sülhməramlılarının məsuliyyət zonasında uğurlu əməliyyat keçirərək, hər hansı itki vermədən, Laçın yoluna alternativ olaraq istifadə edilən torpaq yolları nəzarətə götürüb".

Mia.az xəbər verir ki, bu sözləri Ədalət Partiyasınn sədr müavini Elxan Şükürlü deyib.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləməklə yanaşı, elan edib ki, Rusiya tərəfi böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısının alınması üçün tədbirlər görür: "Beləliklə, Azərbaycan tərəfi Paşinyan hökumətinin Qarabağdakı separatçılarla birgə Üçtərəfli Atəşkəs Razılaşmasının müddəalarını pozduğunu, məqsədli təxribatlara yol verdiyini dəlil-sübutlarla ortaya qoymaq və Laçın rayonunda nəzarət-buraxılış məntəqəsini yaratmağın zəruruliyini göstərmək üçün indi danışıqlar masasına əlini xeyli gücləndirmiş şəkildə gedir. Qərbin və Ermənistan tərəfinin gözlədiyi, planlaşdırdığı isə bu deyildi. Onlar hesab edirdilər ki, Avropa Müşahidə Missiyası Ermənistanda yerləşdikdən sonra Azərbaycan, ötən ilin sentyabrında olduğu sayaq, Ermənistanla şərti sərhədlərdə əməliyyatlar aparmaqdan çəkinərək, məhz Qarabağda - rus sülhməramlılarının məsuliyyət zonasında hərbi hərəkətlərə əl atmağa məcbur qalacaq və bu da, istər-istəməz, Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirəcək, Azərbaycanda anti-Rusiya ovqatını və Qərb silahlı qüvvələrinin bölgəyə gətirilməsi çağırışlarını gücləndirəcək".

Eldan Şükürlünün sözlərinə görə, belə görünür ki, Rusiya, Türkiyə və Azərbaycan rəhbərliyi Qərbin Paşinyan hökuməti üzərindən qurduğu bütün planlardan, ssenarilərdən tam məlumatlıdır və 44 günlük Qarabağ savaşında olduğu kimi, indi də bölgənin geopolitik taleyinə təsir göstərəcək addımlarını öncədən uzlaşdırılmış şəkildə həyata keçirirlər: "O fakta xüsusi diqqət yetirmək gərəkdir ki, Azərbaycan hərbçilərinin Xankəndi-Turşsu-Xəlfəli yolunu nəzarətə götürdüyü haqda xəbərlərin yayıldığı gün və saatlarda Türkiyə prezidenti Ərdoğan da Rusiya prezidenti Putinlə telefonla danışmış və Soçidəki görüşlərində əldə etdikləri razılaşmalar istiqamətində hərəkət edəcəklərini vurğulamışdı.İndi top Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqda qərarına həvəslə “yaşıl işıq” yandıran və Baydenin növbəti “Demokratiya Sammiti”nə hazırlaşan Nikol Paşinyan tərəfdədir. Görək, Ermənistanın Qərbyönümlü hakimiyyəti bu dəfə Rusiya sülhməramlılarını nədə suçlayacaq: erməni separatçılarına qaçaq yollarla silah daşınmasına yardım etməkdə, yoxsa Azərbaycan hərbçilərinə atəş açmamaqda?".

Samir 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR