Kamran Əliyev Afinaya işgüzar səfərə gedib
24-03-2023 [16:03]
Azərbaycanın Baş prokuroru, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 22-24 mart tarixlərində BPA-nın İcraiyyə Komitəsinin 55-ci iclasında iştirak məqsədilə Afinaya işgüzar səfərə gedib.
Mia.az Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla bildirir ki, səfərin ilk günü nümayəndə heyəti ölkəmizin Afinadakı Səfirliyinə gələrək bu il 100 illik yubileyini qeyd etdiyimiz xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub. Daha sonra Baş prokuror Azərbaycanın Afinadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və diplomatik nümayəndəliyimizin əməkdaşları ilə görüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.
BPA-nın İcraiyyə Komitəsinin iclasında çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında davam etdirilən islahatlar, habelə Azərbaycan prokurorluğunun BPA-nın işinə verdiyi töhfə haqda məlumat verib.
İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın növbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb. Cari ilin may ayında İstanbulda keçiriləcək 1-ci Pan Avropa konfransı, sentyabr ayında Londonda, 2024-cü ilin sentyabrında isə ölkəmizdə keçiriləcək Assosiasiyanın illik konfransı və ümumi yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev və Argentinanın Buenos-Ayres muxtar şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru, BPA-nın Prezidenti Xuan Batista Mahikes arasında ikitərəfli görüş keçirilib, prokurorluqlarımız arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Həmçinin, nümayəndə heyətinin üzvləri tədbirdə fəal iştirak edərək ABŞ, Kanada, Çin, Birləşmiş Krallıq, Yunanıstan, Macarıstan, Gürcüstan, Cənubi Koreya, BƏƏ və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, hüquqi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb