Rejissor Oqtay Əliyev qəzada ölüb, xanımı Dilarə Əliyeva və xalq artisti yaralanıblar - Açıqlamalar (FOTO/Yenilənb)

img

23-03-2023 [12:21]


Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin  bu gün - martın 23-də Qurd qapısı qəbiristanlığında dəfn edilib.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: "Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfni ilə bağlı bildiririk ki, ailəsinin müraciəti əsasında Mədəniyyət Nazirliyi tərəfindən bu gün saat 13:00-da "Qurd qapısı" qəbiristanlığında dəfn olunması təmin edilib".

***

Rejissor Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

Mia.az xəbər verir ki, o, sabah Mehdiabad qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

***

Martın 22-də TƏBİB Oqtay Əliyevin ölümü ilə bağlı açıqlama yayıb.

Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən yol qəzası ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

***

Baş Dövlət Yol Polisi İdarəsi hadisə barəəd açıqlama yayıb.

Toğrul Nəsirlinin sözlərinə görə, hadisə zamanı avtomobili Oqtay Əliyev idarə edib: "Mərhumun həyat yoldaşı Dilarə Əliyeva ilkin ifadəsində bildirib ki, avtomobillə Bakı-Sumqayıt yolunun “VAZ” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb”.

Faktla bağlı araşdırma aparılır.

***

Rejissor Oqtay Əliyev avtomobil qəzasında həlak olub.

Mia.az xəbər verir ki, martın 22-də Abşeron rayonu, Xərdalan şəhərində onun idarə etdiyi “Toyota Lexus” aşıb.

Nəticədə o, ölüb, arvadı, aktrisa/aparıcı Dilarə Əliyevə və Xalq artisti Mehriban Zəki yaralanıblar.

P.S. Yazıya əlavə olunan fotolar Report-a məxsusdur.

Ləman

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR