Səddam Hüseyn yolu və ya SEPAH-ın Bakıya xəbərdarlığı: İranın yeni həmləsi nələr vəd edir? – Təhlil

img

22-03-2023 [16:47]


Turan Rzayev,

Politoloq, 

Global Media və Siyasət Araşdırmaları İB-in eksperti

***

İran ordusuna hava hücumundan müdafiə sistemlərinin hazır vəziyyətə gətirilməsi barədə əmr verilib. 

Bu barədə SEPAH-a yaxın mənbələr məlumat yayıb.

Məlumatda qeyd edilir ki, ölkənin şimal-qərb sərhədlərində (Azərbaycan) baş verən aktivlik səbəbilə HHM sistemləri hazır vəziyyətdədir.

Xəbərə görə, Təbrizdən Parsabada qədər manevr edən Dezful bazasının dəstək uçuşları adi patrul rejimindən əməliyyat rejiminə keçirilib.

SEPAH bundan öncə də özünün Teleqram kanalında Zəngəzur dəhlizi ilə bağlı xəritə və “Sünik canımızın bir parçasıdır!” cümləsini paylaşıb.

Ermənistanla Azərbaycan arasında gərginliyin günbəgün artması rəsmi İrəvanın separatçılara açıq dəstəyi sülhdən yaynma cəhdi və Qərbin regiona həm də münaqişəyə cəlb edilməsi səyləri regionda yenidən hərbi əməliyyatların başlanması ehtimallarını yüksəldir. 

44 ərzində 27 illik işğala son verən Azərbaycanın növbəti müharibədə daha irəli gedib 200 illk Zəngəzur problemini həll etməsindən ehtiyat edən İran SEPAH üzərindən rəsmi Bakıya açıq-aşkar xəbərdarlıq edir. 

“Ölkənin şimal-qərb sərhədlərində baş verən aktivlik” deyərkən də məhz antiterror əməliyyatlarına hazırlıq nəzərdə tutulur. İran bununla həm də Zəngəzur dəhlizinin açılmasının əleyhinə olduğunu bir daha bəyan edir. Bu istiqamətdə Ermənistana açıq-aşkar dəstək verəcəyini də bu yolla bildirir. 
Bütün bunlara baxmayaraq İranın “HHM sistemləri hazır vəziyyətdədir” mesajı blöfdən başqa bir şey deyil. Rəsmi Tehran indiki məqamda Azərbaycana hücum edə və ya Ermənistanla ehtimal gərginlik halında ordumuza qarşı bu və ya başqa formada zərbə vura bilməz.

Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa bəyannaməsi və Rusiya ilə imzaladığı Moskva bəyannamələri qüvvədədir. Hər iki sazişə görə, Azərbaycana xarici bir ölkə tərəfindən hücum olarsa, həm Rusiya, həm də Türkiyə Azərbaycanın istəyi əsasında yardıma gələ bilər. İran, eyni anda Türkiyə və Rusiyanı qarşısına ala bilməz. 

İsrail Pakistan faktorunu da unutmaq olmaz. İranın Azərbaycana ehtimal hücumu İraqın Küveytə hücumu ilə eyni nəticə verə bilər. Onsuz da İsrail İran ətrafında bir müddətdir ki, koalisiya formalaşdırmağa çalışır. Bu mənada İranın molla rejimi addım-addım Səddam Hüseynin aqibətinə doğru gedir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR