DÜNYANIN ƏSL XƏSTƏLİYİ: SEVGİSİZLİK
22-03-2023 [14:51]
Nəzakət BƏDİRLİ
***
Elə bir dövrdə yaşayırıq ki, bütün dünyada xoş niyyət, fədakarlıq və sevgi kimi xislətlər getdikcə azalıb, ona görə də insanlar xoşbəxtliklərini, sevinclərini itiriblər. Xüsusilə sevgi insanların qəlbindən sanki alınıb. Demək olar ki, hər mühitdə sevgisizliyin səbəb olduğu sosial problemləri görürük və yaşayırıq. Televiziyaya yansıyan xəbərlərdən tolkşoulara, maqazin və əyləncə proqramlarından qəzet xəbərlərinə və köşə yazılarına qədər hər sahəyə sevgisiz üslub hakimdir.
Ən çox sosial mediada sevgisizlik yaşanır. Kompüter və telefon ekranlarının arxasına gizlənən bəzi insanlar pis, təhqiramiz sözlər işlətməkdən, nifrətlərini, paxıllıqlarını, qəzəblərini dilə gətirməkdən, insanları lincləməkdən, təhdid etməkdən çəkinmir, utanmır, vicdan əzabı çəkmirlər.
Bu sevgisizlik dalğası insanların gündəlik həyatına, davranışlarına, əhval-ruhiyyələrinə də mənfi təsir edir. Salamlaşmayan, üzündə narazı, dilxor ifadəylə yaşayan, gülümsəməyi unutmuş insanların nəzakətsiz, hörmətsiz, eqoist, səbirsiz və kobud davranışları bütün cəmiyyətə hakim olmuşdur. Demək olar ki, hər mövzuda insanlar mübahisə və dava-dalaş üslubuyla danışırlar. Özündən gücsüzü əzməyə meyillilik, zalımlıq getdikcə artır. Təcavüz, qadınlara və uşaqlara qarşı zorakılıq hadisələrinin artması da bu sevgisizlik epidemiyasının labüd nəticələridir.
Sevgisizlik insanlar üçün daim qorxunc, qarışıq və qaranlıq mühit yaradır. Bu hal insanlarda sevincdən əsər-əlamət qoymamış, həm xalqa, həm siyasətə, həm də iqtisadiyyata mənfi təsir etmiş, küskün, bədbin, yaradıcılıqdan, təşəbbüskarlıqdan, sərmayə qoymaqdan çəkinən, hər şeydən narahat olan, etibarını itirmiş, sabah başına nə gələcəyinin qayğısını çəkən, eqoist, bədbəxt, bədbin cəmiyyət meydana gətirmişdir.
Halbuki cəmiyyətin xoşbəxt və rifah şəraitində yaşaması üçün, habelə CƏMİYYƏTİN VƏ DÖVLƏTİN ƏBƏDİLİYİ ÜÇÜN VACİB OLAN ƏN MÜHÜM ÜNSÜRLƏRDƏN BİRİ SEVGİ VƏ SEVGİDƏN DOĞAN HƏMRƏYLİK, BİRLİK VƏ ETİBARDIR. Bunu təmin etməyin yeganə yolu isə istisnasız hər sahədə sevgi diliylə danışmaq və sevgini hakim etməkdir. İnsanlara, hadisələrə, cəmiyyəti təşkil edən hər təbəqəyə ancaq sevgiylə yanaşdıqda cəmiyyətdəki bu sosial tənəzzülün qarşısı alına bilər.
İslam ölkələri müharibə, işğal, aclıq, yoxsulluq və iğtişaşlarla sarsılır. Ölümlər, yaralananlar, dağılan evlər və çətin şəraitdə yaşamağa davam edən insanların kömək yalvarışları hər kəsin ürəyini ağrıdır. Artıq həm İslam aləmi, həm də dünya ölkələri yer üzünə sevginin hakim olmasını istəyir.
Adnan Oktar televiziya proqramlarında sevgi haqqında söhbətlərinin birində nifrətin qarşısını almaq üçün “Konstitusiyaya qanun maddəsi əlavə etmək” təklifini vermişdi: “Demək olar ki, sevgidən danışan heç bir kanal yoxdur. Nifrəti, dava-dalaşı əsas götürürlər. Bu, dəhşətdir. Belə dəhşətli dünyanı qəbul etməyə gərək yoxdur. Konstitusiyaya sevgiyə təşviq edən, nifrəti və kini qadağan edən maddələr əlavə edilməlidir. Əsas məsələ sevgi olmalıdır". (Adnan Oktar, 20 iyun 2018)
Bəli çox doğrudur. Cəmiyyətə sevgini hakim etmək, hər kəsin bir-birini səmimi qəlbdən sevməsini təmin etmək üçün hər kəsi Allah sevgisində, Allah qorxusunda birləşdirmək lazımdır. İnsanlar Allahın konstitusiyası olan Qurana əsasən imanda, doğru yolda birləşsə, sevgi birliyi bərqərar olar. İnsanlara əvvəlcə Allahı sevdirmək, Allahdan səmimi qorxmalarını və Ona hörmət etmələrini təmin etmək, səmimi vicdan qazanmalarını təmin etmək lazımdır.
Müsəlmanlar dərhal birləşməlidir. Heç kəsin heç kəsə qarşı üstünlük iddiası olmamalıdır. Biz dost-qardaş birliyi istəyirik. Saf sevgi və qardaşlıq üzərində qurulmuş birlikdən başqa həll yolu yoxdur. Müsəlmanların birlik olması yaxşı insanların birlik olması deməkdir.
Müharibələrin, gərginliyin bitməsi gözəlliyin, keyfiyyətin hakim olması deməkdir.
Allah ən qısa zamanda bəşəriyyətə sevginin hakim olduğu gözəl günlər nəsib etsin.
MİA.AZ
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib