İSBAM sədri: "Burada narahatedici məqam daxildə siyasi ideoloji hazırlığın olmamasıdır"

img

17-03-2023 [18:28]


"Türk dünyası, Türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır, Dünyada yaşayan Azərbaycanlıların sayı 50 milyondan çoxdu onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır, 1920-ci ilin noyabrında Sovet hökümətinin qərarı ilə Qərbi Zəngəzurun Azərbaycandan ayırıb Ermənistana verilməsi türk dünyasının coğrafi cəhətdən ayrılmasına səbəb olmuşdur".

Mia.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən Zirvə toplantısında deyib.

Bununla bağlı Mia.az-a açıqlama verən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM)  rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, Azərbaycan dövlət başçısının "Zirvə toplantısında" geniş məzmunlu çıxışı hazırkı dünya siyasətində proseslərin hansı istiqamətdə getdiyini və nələrə diqtə etdiyini göstərir:

"Həm beynəlxalq aləmdə , həm coğrafiyamızda ciddi geopolitik dəyişikliklər baş verməkdədir. Dünyada hərbi siyasi toqquşmaların daha geniş vüsət alması qaçınılmazdır. Görünən odur ki, siyasi ideoloji mübarizənin dövlətlərarası nüfuz müharibəsinin daha da kəskinləşmisdi. Burada narahatedici məqam daxildə siyasi ideoloji hazırlığın olmamasıdır. Uzun illərdir bu istiqamətə müxtəlif dövlət proqramları qəbul edilmiş, maddi vasaitlər xərclənmişdir. Lakin nəticə ürəkaçan deyil. Konkret olaraq elm, təhsil, mədəniyyət, diaspor, media, vətəndaş cəmiyyyəti və s. sahələr ideoloji işi əhatə etməkdədir. Burada hazırkı vəziyyət ya tamamilə bərbad, ya da ciddi problemlər yaşanır".

Təşkilat sədri qeyd edir ki, uzun müddət dövlət aparatında məsul olan şəxslər bilərəkdən ideologiya işini baltalayıblar: "İndi də nə qədər çalışılsada müsbətə doğru dəyişiklik yoxdur. Ölkə başçısının xüsusilə son üç ildəki bütün çıxışları Azərbaycana qarşı şər qüvvələrin ifşasından , milli hədəflərimizin bəlli olunması yönünə qədər siyasi gündəliyimizi yazmışdı. Lakin bizlər, daha doğrusu bu işə cavabdeh olan dövlət dairələri, hökümət qurumları daxili potensiali düzgün qiymətləndirmir və ölkəmizə qarşı yönələn provakasiyalarin, informasiya təxribatlarının qarşısına çıxmaqda yetərsiz qalırlar. Qeyd etdiyim problem hazırda gündəmimizin ən vacib məsələsidir".

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR