Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən son toplantısı... - Yunanlar Macarıstandan izahat tələb edir

img

17-03-2023 [13:38]


Türk Dövlətləri Təşkilatının Ankarada keçirilən son toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin bayrağının olması Cənubi Kipr rəhbərliyinin narazılığı ilə qarşılanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu baradə Cənubi Kiprin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin sözüçüsü Teodoros Qotsis bildirib ki, toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin bayrağının rəsmi protokolda yer alması və Avropa İttifaqna üzv olan Macarıstan tərəfinin buna reaksiya verməməsi qəbuledilməzdir: "Türk dövlətləri Təşkilatının üzvü olan Macarıstan həm də Avropa İttifaqının üzvüdür. İttifaq üzvünün bu məsələyə bu qədər sakit və ya razı yanaşmsı tərəfimizdən qəbul oluna bilməz. Biz bu məsələ ilə bağlı Macarıstana lazımı etirazımızı bildirərək, izahat tələb etdik. Bundan əlavə, Brüsseldə keçiriləcək görüş çərçivəsində nazir Konstantinos Kombos bu məsələni macar həmkarı qarşısına qaldıracaq".

Samir Musayev

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR