Generalın qardaşı yeni vəzifəyə təyinat aldı

img

17-03-2023 [10:48]


Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalova yeni vəzifə verilib.

Məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub/Qaynarinfo. 

MİA.AZ xəbər verir ki, Fikrət Zeynalov uzun illər Bakıda müxtəlif xəstəxanaların baş həkimi işləyib. 

O, bu vəzifəyə qədər 3 saylı Sabunçu Mərkəzi Xəstəxanasının baş həkimi olub. Bu xəstəxanada işləyərkən isə onun barədə çoxsaylı şikayətlər edilib. Görünür, məhz bu səbəbdən onu buradakı vəzifəsindən uzaqlaşdıraraq, nisbətən "sakit xəstəxana"ya göndəriblər.

Samir

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR