600 alman azarkeşi Napolini cəhənəmə çevirdi: maşınlar, restoranlar və digər obyektlərə od vuruldu - FOTOLAR
15-03-2023 [23:59]
Çempionlar Liqasında "Napoli" - "Ayntraxt" oyunun revanşı öncəsi Napoli şəhəri döyüş meydanına çevrilib.
Mia.az xəbər verir ki, alman azarkeşlərlə polis arasında toqquşma baş verib.
Almanlar Napolidə avtomobillərə, kafelərə, restoranlara od vurub.
İtaliya mətbuatında yer alan xəbərə görə, İtaliya Daxili İşlər Nazirliyinin ictimai təhlükəsizlik səbəbiylə bilet satışına icazə verməməsinə baxmayaraq Neapola gələn təxminən 600 alman azarkeşi günorta saatlarında sloqanlar ata-ata şəhər mərkəzinə doğru addımlayıb.
Bildirilib ki, alman xuliqanları Gesu meydanında təhlükəsizlik qüvvələri ilə aşıq savaşa girib, onlara məşəl, partlayıcılar, daş və stullarla hücum edib.
Təhlükəsizlik qüvvələri xuliqanlara gözyaşardıcı qazla müdaxilə edərkən, zaman zaman qarşıdurma böyüyüb. Hadisələrdə polis maşını da daxil olmaqla meydandakı digər avtomobillər və zibil qutuları yandırılıb, ətrafdakı restoran, bar və digər obyektlərə böyük zərərlər dəyib.
Polisin hadisələri çətinliklə nəzarətə götürərək alman tərəfdarları həbs edə bilib.
Onlar avtobusa doldurularkən bu dəfə də napolillər onları daşa basıb.
Neapol Bələdiyyə Başçısı Gaetano Manfredi yaşadıqları şəhərdə baş verən hadisələri qəbuledilməz sayıb: "Şəhərin mərkəzində dağıntı səhnələri qəbuledilməzdir. Bu zorakılıqların əsas aktyoru olanları ən sərt şəkildə cəzalandırılacaq...".
İtaliya baş nazirinin müavini Matteo Salvini "İnstaqram" hesabında alman xuliqanlarının İtaliya təhlükəsizlik qüvvələrinə məşəl və partlayıcı atdığı anın görüntüsünü paylaşaraq, "Bunlar fanat deyil, bunlar cinayətkar və alçaqlardır...".
Xatırladaq ki, fevralın 21-də Almaniyada keçirilən "Napoli" - "Ayntraxt Frankfurt" matçından əvvəl gərginlik oduğu üçün İtaliya Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi əsas gətirərək alman azarkeşlərə Neapoldakı matçı stadiondan izləməyi qadağan edib.
Qeyd edək ki, ilk oyun italyanların 2-0 qələbəsi ilə başa çatıb.
Fərid
MİA.AZ
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan neftinin qiyməti 68 dollara çatdı
"Vatsap" proqramı bu gündən bəzi telefonlarda işləməyəcək - SİYAHI
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Stokholmda avtobus dayanacağa girib - Çoxlu sayda ölü və yaralı var
BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib - Bəyanat
Super Liqadan səkkiz klub cəzalandırılacaq
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO