Türkiyədə oxuyan tələbələrin diqqətinə: onlayn dərslər bu tarixdən ləğv edilir - Əyani dərslər başlayır

img

15-03-2023 [23:03]


Yüksək Öğretim Kurulu (YÖK) başqanı Erol Özvar zəlzələyə görə universitetlərdə onlayn tədrisə keçidin aprel ayından ləğv ediləcəyinin anonsunu verib.

Mia.az xəbər verir ki, bu barədə Haberturk TV-əy açıqlama verən YÖK sədrinin sözlərinə görə, artıq qurum əyani sistemə dönüş üçün çalışmalarını yekunlaşdırıb: "Bildiyiniz kimi, fevralın 6-da baş verən zəlzələdən sonra cənab prezidentin təlimatı ilə universitetlərdə dərslər onlayın sistemə keçib. Hesab edirik ki, artıq ənənəvi sistemə qayıtmağın zamanıdır. Biz aprelin 1-dən əyani tədris sistemə, yəni üz-üzə təhsilə başlamaq üçün işlərimizi tamamladıq. Prezident Ərdoğan göstəriş verərsə, aprelin 1-dən universitetlərdə üzbəüz təhsilə start veriləcək".

YÖK sədri zəlzələdən daha çox "nəsibi"ni alan çox az sayda universitetdə əyani sistemlə yanaşı, hibrid (həfətnin bəzi günləri üz-üzə, bəzi günləri isə onlayın) təhsilə başlanıla bilər.

Lamiyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR