Həcc ziyarəti üçün qiymət açıqlanıb - 5750 dollar

img

15-03-2023 [20:11]


Həcc ziyarəti üçün qiymət açıqlanıb.

Mia.az Qafqaz Müsəlmanları İdarəsinə istinadla xəbər verir ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir.

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:

1.Xarici pasport;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4.Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR