Şəhriyarın xatirəsinə həsr olunan internet səhifəsi təsis olunub - Açqlama

img

15-03-2023 [09:00]


Azərbaycanda dahi şairimiz Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan internet səhifəsi təsis olunub.

Bu barədə Mia.az-a saytın təsisçisi, tanınmış jurnalist Fərid Azəri məlumat verib. 

O, bildirib ki, layihənin hazırlanmasına 10 ildən artıq vaxt sərf edib: "Saytın yaradılması istiqamətində iş 2012-ci ildən başlayıb. Toplanan materiallar əvvəlcə “Facebook” sosial şəbəkəsindəki səhifədə paylaşıldı və böyük maraqla qarşılandı. Növbəti mərhələdə isə tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun bilavasitə dəstəyilə internet saytının yaradılması üzərində işlərə başladıq”.

Jurnalist bildirib ki, internet səhifəsinin üzərində iş tamamlanıb və hazırda arxiv materiallarının yerləşdirilməsi prosesi gedir.  Yaxın vaxtlarda bu istiqamətdə işlərin yekunlaşması və saytın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub: “Portalda şairin indiyədək heç yerdə yayımlanmayan fotoşəkilləri, səs yazıları, əlyazmaları, kitablarının elektron versiyası, eləcə həyatının müxtəlif dövrlərində verdiyi audio-video müsahibələr, Azərbaycan Dövlət Radiosu, eləcə də İran və Türkiyə telekanallarının efirində vaxtilə ona həsr olunmuş verilişlərin videoyazıları və digər olduqca faydalı məlumatlar toplanıb. Hesab edirəm ki, layihədən həm Şəhriyar poeziyasının vurğunları, həm də ümumiyyətlə istənilən şəxslər faydalana biləcək”.

Layihə rəhbəri onu da əlavə edib ki, saytda yerləşdiriləcək faktların toplanması o qədər də asan olmayıb. O bu məqsədlə ölkəmizdə və İranda fəaliyyət göstərən kitabxanaların elektron versiyalarına, eləcə də tapılması xüsusilə xeyli vaxt tələb edən arxiv sənədlərinə müraciət edib:  “Arxivləri tapmaq, onları araşdırmaq kifayət qədər mürəkkəb və xeyli vaxt tələb edən prosesdir. Lakin buna baxmayaraq, kifayət qədər geniş məlumat bazamız var. Yaxın vaxtlarda hər kəs Ustad Şəhriyar barəsindəki bütün məlumatlarla sözü gedən sayt vasitəsilə tanış ola biləcəklər”.

Ləman

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR