Eldar Zülfüqarov Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb

img

14-03-2023 [11:56]


Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununa təyinat alıb.

Azərbaycan Voleybol Federasiyasından Mia.az-a verilən məlumata görə, referi Türkiyə klubu “Vakıfbank”la İtaliya təmsilçisi “Vero Volley” arasında baş tutacaq qarşılaşmanı idarə edəcək.

Görüş martın 15-də İstanbulun “Vakıfbank Sport Salonu”unda təşkil olunacaq.

Eldar Zülfüqarov ikinci hakim kimi iş başında olacaq. Matçın birinci hakimi funksiyasını isə serbiyalı Mirko Yankoviç yerinə yetirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR