“Şalke 04”ün oyunçusu Türkiyə milli komandasında çıxış edəcək

img

14-03-2023 [11:21]


“Şalke 04”ün formasını geyinən fMehmet Aydın Türkiyə milli komandasının almaniyalı baş məşqçisi Stefan Kuntzla görüşdükdən sonra seçimini edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk əsilli futbolçu bundan sonra Türkiyə milli komandasının formasını geyinəcək.

Bu barədə açıqlama verən Aydın bildirib ki, alman məşqçi  ötən yay onunla əlaqə saxlayıb: "Mənə real perspektiv vədi verərək, Türkiyə milli komandasında oynamağa təşviq etdi. Düzünü deyim ki, onun sözləri məni təsir altına aldı".

"Şalke 04"də yetişən 21 yaşlı sağ cinah oyunçusu Aydın Almaniyanın gənclərdən ibarət milli komandasında da oynayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR