Qarabağ zonasında daha 754 hektar ərazi minalardan təmizlənib

img

13-03-2023 [15:00]


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 48 mina aşkarlanıb.

ANAMA-dan Mia.az-a verilən məlumata görə, martın 6-dan 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 11, tank əleyhinə 37 mina və 328 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 754 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR