Şakira məşhur futbolçunun anasını "cadugər"ə bənzətdi, balkona elə şey qoydu ki... - Xəyanət mahnısı rekord qırdı (VİDEO/FOTO)

img

13-03-2023 [12:33]


Məşhur müğənni Şakira ilə Gerard Pikenin ayrılması dünya idman və sənət aləmininn diqqətindəın düşmür.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, "Barselona"nın sabiq oyunçusunun yeni qadına evliliyə hazırlanması fonunda Şakiranın "Music Sessions Vol. 53" mahnısı qısa zamanda izləmə sayına görə Ginnesin Rekordlar kitabına düşüb.

Böyük çoxluq hesab edir ki, Şakira “Yalvarsan da, sənə geri dönməyəcəyəm, mənim üçün ağlama" dediyi həmin mahnı ilə yeni sevgilisi ilə görüntülənən Pikeyə ismarıc verib.

İspaniya mətbuatı yazır ki, 2010-cu ildən evli kimi yaşayan və uşaqları olan Şakira ilə Pikeni bir-birindən futbolçunun anası ayırıb.

İddiaya görə, Pikeyə yeni ailə quracağı xanımı da anası "tapıb". Şakira hətta bir müddət əvvəl onları bir oteldə "iş başında" yaxalayıb.

Tərəflər arasında gərgin atmosferdə davam edən davada diqqət çəkən daha bir hadisə yenə də Şakira tərəfindən "törədilib". O, Pikenin anası ilə üzbəüz olan evinin balkonuna cadugər formalı "maniken qadın" kuklası asıb. Bununla da o, "bizi ayıran Pikenin cadugər xislətli anasıdır" mesajını verib.

Ləman

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR