"Fənərbağça" "Sevilya" ilə oyuna fərqli taktika ilə çıxacaq - Jorge Jesus iki oyunçunun üzərindən "xətt çəkib"

img

13-03-2023 [11:41]


UEFA Avropa Liqasının 1/16 turunun ilk matçında "Sevilya"ya səfərdə 2-0 məğlub olan "Fənərbağça" cavab qarşılaşmasına fərqli heyətlə çıxacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Jorge Jesus martən 16-dakıl cavab oyununun əsas heyətindən iki futbolçunun adını indidən çıxarıb.

Məlumata görə, ilk oyunda qaçırdığı qollar və zəif oyunlarla azarkeşlərin də səbrini daşıran Joshua King və İrfan Can Kahveci üzərindən "xətt çəkib".

Bundan başqa, Türkiyənin “Sözçü” qəzetində yer alan xəbərə görə, Linkoln zədə səbəbindən “Sevilya” ilə oynaya bilməyəcək: "Jesus cavab oyunda taktikanı da dəyişəcək".
 
Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR