Emre Belözoğlu "Beşiktaş" tərəfdarlarına qəzəbləndi: "Tərtəmiz anam, həyat yoldaşım var"

img

13-03-2023 [00:37]


"Başakşehir"in baş məşqçisi Emre Belözoğlu "Beşiktaş" tərəfdarları tərəfindən ailəsinə təhqir sloqanıın atılmasına üsyan edib.

Mia.az xəbər verir ki,"Beşiktaş"ın 2-0 qalib gəldiyi oyundan sonra Belözoğlu oyunundan 35-ci dəqiqəsində baş verən bu xoşagəlməz halla bağlı qəzəbli açıqlama verib: "Beşiktaş" böyük bir camiadır. "Beşiktaş" tərəfdarına yaraşmır, bizim də ailəmiz, anamız var. Özlərinə yaraşdırırlar. Belə bir tərbiyəsizlik olmaz. Bizə yaraşmır. Atamdan başqa bir kimsə ilə danışmayan tərtəmiz bir anam, məndən əvvəl kimsənin əlini tutmamış həyat yoldaşım var. "Beşiktaş"a könül verənlər həssasdır, yaraşmadı...".

Əmrə oyundan da danşıb. O, "Beşiktaş"a məğlubiyyəti şərh edərkən yenidən əsəbləşib: "Ədəbdən yoxsullar, ağır olacaq bu təhqirlər sizə...

Mənim anama bu təhqirləri rahat formada deyənlər evlərinə gedib analarının əllərini öpsünlər. Mənim adıma bunu etsinlər. Analar dəyərlidir. Çox təəssüf ki, bu oyuna xanımım və iki qızımız da gəlmişdi. Uşaqlar 30-35 dəqiqə bu söyüşləri dinlədi. Bu yaşanılan nə insanlığa, nə də şəxsiyyətə yaraşır..."..

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR