Həmyerlimizin xeyriyyə fondu ukraynalıların ümid yerinə çevirilib - VİDEO

img

12-03-2023 [20:02]


Müharibənin ilk günündən Ukrayna xalqının yanında olan, humanitar cəbhənin öncüllərindən biri, həmyerlimiz Şamil Quliyevin "Dopomoqa" fondu bu gün də xeyriyyəcilik işlərini davam etdirir. 

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bir ildən çox müddət ərzində fond onminlərlə məcburi köçkün ailəsinin, eləcə də şəhər sakinlərinin ümid yeri olub. 

İsti yeməkdən tutmuş müxtəlif növ ərzaq və digər tələbat məhsulları, geyim, dərman, uşaq vasitələri ilə təmin olunublar.
 
Qeyd edək ki, əslən Ağcəbədindən olan Şamil Quliyev Ukraynanın Odessa şəhərində yaşayır. İş adamının oğlu Camal Quliyev boks üzrə 86 kq çəki dərəcəsində Ukrayna çempionu və dünya üçüncüsüdür.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR