Məşhur jurnalist "Sözçü" TV-yə gəldi

img

12-03-2023 [13:34]


Məşhur jurnalist, FOX TV-nin sabiq aparıcısı Fatih Portakal "Sözçü" TV-nin əsas xəbər buraxılışının aparıcısı təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Bildirib ki, martın 20-dən etibarən, "Sözçü" TV-nin saat 20.00-dakı əsas xəbər buraxılışını aparacaq: "Hər kəsə xeyirli olsun".

Onu da qeyd edək ki, prezidet Ədoğanla Fatih Portakal arasnda FOX TV-dəki çıxışılara görə uzun illər gərgin anlar yaşanıb. Hətta Ərdoğan ona 2020-ci ildə cinayət işi də açdırıb. Nəhayət, o, FOX TV-dən təzyiqlərə görə getdiyini bəyan edib.

Onu da xatırladaq ki, martın 8-də bu məşhur jurnalist Yılmaz Özdilin "Sözcü" TV-nin Baş redaktoru və direktor vəzifəsindən istefa verib.

Qeyd edək ki, onunla bərabər, kanaldan "Ana Haber"in aparıcıları Korcan Karar, Mustafa Sağlamer, Ümit Zileli, Kırmızı Beyaz , Tuba Emlek, İskender Baydar və Tankut Gürsel də istefa verdiklərini bəyan ediblər.

Türkiyə mətbuatı yazır ki, Özdilin istefaya məcbur edilməsi İYİ partiya lideri Meral Akşenerin "6-lı Masa" ilə bağı ilk qalmaqallı bəyanatına haqq qazandırması və Kılıçdaroğlunun prezidentliyə namizədliyinin əleyhinə çıxması səbəb olub.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR