Bolqarıstanlı rəsmidə COVID-19 aşkarlandı - İlham Əliyevlə Rumen Radev videokonfrans formatında görüşüb (MƏTN)
11-03-2023 [12:52]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə videokonfrans formatında görüşüb.
Mia.az xəbər verir ki, görüşün videokonfrans formatında keçirilməsinə səbəb Bolqarıstan nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Bolqarıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, cənab Prezident. Sizi Bakıda görmək çox xoşdur. Ümid edirəm ki, Forumdakı iştirakınızdan məmnun olacaqsınız.
Əvvəlcə bu vacib tədbirdə iştirak etmək üçün səfərinizə görə Sizə təşəkkür edirəm. Sizin şəxsi iştirakınız Qlobal Bakı Forumunun səviyyəsini yüksəldir və əlbəttə əminəm ki, Siz bu beynəlxalq tədbirin potensialına mühüm töhfə verəcəksiniz. Həmçinin, Sofiyadakı görüşlərimizi də məmnunluqla xatırlayıram - keçən il rəsmi səfərim zamanı və interkonnektorun açılışı mərasimində. O vaxtdan ötən dövrdə işlər uğurla irəliləyir və biz strateji əməkdaşlığımızın çox əməli nəticələrini görürük. Bir daha xoş gəlmisiniz.
Bolqarıstan Prezidenti Rumen Radev dedi:
- Çox sağ olun cənab Prezident. Dəvətiniz və səmimi qonaqpərvərliyiniz üçün Sizə təşəkkür edirəm. Bizim münasibətləri dərinləşdirdiyiniz üçün bir daha Sizə təşəkkür edirəm. Çox şadam ki, bu, təkcə enerji sahəsinə şamil edilmir. Sofiyaya səfəriniz bizim əməkdaşlığımızın digər çox vacib sahələrini inkişaf etdirmək üçün dönüş nöqtəsi idi. Əvvəlcə enerjidən başlayaq. Bildiyiniz kimi, Yunanıstanla Bolqarıstan arasında interkonnektorun işə salındığı ilk gündən hər şey mükəmməl və heç bir problem olmadan işləyir. Biz Azərbaycandan qaz aldığımıza görə məmnunuq. Bilirsiniz ki, biz daha da irəli getməyə hazırıq. Bizim “Həmrəylik Həlqəsi” təşəbbüsümüz sizə məlumdur. Lakin əlbəttə ki, əsas məqam Azərbaycandır. Biz Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü operatorlarının imkan və səylərini birləşdirərək əlavə həcmdə Azərbaycan qazı nəql etməyə hazırıq. Bu andan etibarən qərar Sizindir. Məlumat üçün bildirim ki, fevralın 1-də Prezident Vuçiçlə birlikdə biz Bolqarıstanla Serbiya arasında interkonnektora start verdik. Beləliklə, görə bilərsiniz ki, imkanlar demək olar hər ay artır. Biz şaxələndirməni, təchizatın təhlükəsizliyini təmin edərək bu çox mühüm sahədə strateji tərəfdaş və müttəfiq kimi Sizinlə işləməkdən məmnunuq. Söhbət təkcə bundan getmir. Vədinizə əməl etdiyinizə və Sofiyada SOCAR-ın ofisini açdığınıza görə bir daha təşəkkür edirik. Mən mayda açılış mərasimində iştirak etməyi gözləyirəm. Bu, həqiqətən də irəliyə doğru çox yaxşı addım olacaq.
x x x
Görüşdə enerji, nəqliyyat, təbii qaz təchizatı, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər müzakirə edildi.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilərək Avropada yeni qaz konnektorunun inşası məsələsinə toxunuldu. Ötən ay Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropaya yaşıl enerji təchiz edən önəmli ölkəyə çevrildiyi bildirildi.
Söhbət zamanı nəqliyyat sahəsində əməkdaşlıqla bağlı Bolqarıstandan Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə tranzit yüklərin həcminin artırılması məsələləri barədə fikir mübadiləsi aparıldı.
Rumen Radev Azərbaycan Prezidentini ölkəsinə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb