Jorge Jesus "Fənərbağça"dan gedir: "Mayın sonunadək məni gözləyin"

img

10-03-2023 [21:19]


UEFA Avropa Liqasının 1/16 turunun ilk matçında "Sevilya"ya səfərdə 2-0 məğlub olan "Fənərbağça"da baş məşqçi dəyişikliyinin  anonsu verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyundan sonra Brazilya mətbuatına açıqlama verən Jorge Jesus "Fənərbağça"dan ayrılacağının siqnalını verib. 

Brazilyalı məşqçi yenidən ölkəsinə - doğma komandası “Flamenqo” dönəcəyini gizlətməyib: "Türkiyə çox soyuq bir yerdir və bura alışa bilmirəm. May ayına qədər gözləyin. Orada hər kəsə çoxlu salam göndərirəm"

Xatırladaq ki, Portuqaliyanın “A Bola” qəzeti  br qədər əvvəl təcrübəli baş məşqçinin yenidfən “Flamenqo”ya dönəcəyi barədə xəbər yaymışdı. O zaman "Fənərbağça" rəhbərliyi "Baş məşqçi burada olmaqdan məmnundur" deyərək, Jesusla yola davam edəcəkləri bəyan etmişdi.

Onu da qeyd edək ki, Jesus "Flamenqo"ya Braziliya çempionluğu, Libertadores Kuboku və Cənubi Amerika Superkubokunu qazandırıb.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR