Azarkeşlər "Messi" sloqanı ilə Ronaldonu qəzəbləndirdi - FOTO

img

10-03-2023 [20:05]


Portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə azarkeşlər arasında gərginlik yaranıb.

Mia.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Liqasının 20-ci turunun oyununda “Əl İttihad” və “Əl Nəsr” komandaları üz-üzə gəlib. 

20-ci həftəyə lider kimi daxil olan Ronaldonun komandası “Əl Nəsr” derbidə məğlub olub - 1:0

Bununla da liderlik kürsüsünü “Əl İttihad”ə buraxan Ronaldonun komandası azarkeşləri qəzəbləndirib.

Onlar 90 dəqiqə meydanda olan və cəmi bir dəqiq ötürmə ilə yadda qalan  Ronaldoya xitabən "Messi, Messi" sloqanları atmağa başlayıb.

Ronaldo davamlı atılan bu sloqana səbrlə yanaşa bilməyib. O, əsəblərini cilovlaya bilməyərək, bu çağırışı edən azarkeşlərə əl işarəsi ilə "susun" deyib.

Oyunun sonunda isə, o, meydançanın kənarında olan su şüşələrini təpiklıəyib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR