Şirvanda sosial evlər tikiləcək - Sakinlərlə növbəti səyyar görüş olub (FOTOLAR)
10-03-2023 [18:34]
Sakinlərlə növbəti səyyar görüş Şirvan Olimpiya İdman Kompleksində keçirilib.
Mia.az xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksində keçirilən növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Öncə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, qəbul edilən fərman və sərəncamlardan bəhs edib.
Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əlaqədar 2 il müddətində fərdi və səyyar qəbulların dayandırıldığını, 2022-ci ilin mart ayından etibarən yerlərdə əhalinin problemlərinin öyrənilməsi və həllinin sürətləndirilməsi məqsədilə ayda 4 dəfə yerli icra hakimiyyəti başçılarının vətəndaşlarla səyyar görüşlərinin təşkil edilməsi barədə məlumat verib. 30 il müddətində erməni vandalları tərəfindən cəbhə bölgəsində törədilən təxribatlara cavab olaraq, torpaqllarımızın işğaldan azad edilməsi uğğrunda Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu “Dəmir yumruq” əməliyyatından söz açıb və 3-cü ildir ki, xalqımızın Şanlı Zəfər sevincini, qürurunu yaşadığını qeyd edib.
Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhid adlarının əbədiləşdirilməsi, onların doğum və anım günlərinin yüksək səviyyədə qeyd edilməsi, yaralıların müasir tibb müəssisələrində reabilitasiyası və yenidən cəmiyyətə inteqrasiyası barəsində danışıb. Döyüşlərdə həlak olan əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq Azərbaycanda ilk dəfə Şirvan şəhərində “Zəfər abidəsi”nin qurrulduğunu xatırladıb. Şəhər ərazisində mütəmadi tikinti-quruculuq işlərinin aparıldığını, şəhərin su-kanalizasiya sisteminin və küçələrin işıqlandırılmasının müasir tələblər səviyyəsində yenidən qurulduğunu, İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını diqqətə çatdırıb.
MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,11 ha torpaq sahəsinin ayrıldığını, yaxın vaxtlarda genişmiqyaslı tikinti işlərinə başlanılacağını və şəhər ərazisnində “Yeni Şirvan” yaşayış massivinin yaradılacağını bildirib. Tikintisi yarımçıq qalmış Mərkəzi stadionda işlərin başa çatdırılması və “Neftçi” idman zalının təmiri məqsədilə Gənclər və İdman Nazirliyi və Neft Şirkəti ilə danışıqlar aparıldığını, şəhərdə mövcud olan problemlərin növbəti dövlət proqramlarına salınmasının təklif olunduğunu qeyd edib. 88 min Şirvan şəhər əhalisindən 19561 nəfərinə, ümumilikdə ailə üzvləri nəzərə alınmaqla, 76 min nəfərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya, sosial müavinət, sosial yardım və digər sosial ödənişlərin dövlət tərəfindən olunduğunu müsbət hal kimi qiymətləndirib.
Sonra Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, Şirvan sakinlərinin problemləri ilə yaxından tanış olduğunu, seçiciləri ilə mütəmadi görüşdüyünü, şəhərin əsas problemlərinin Milli Məclisin plenar iclasında hökümət nümayəndələrinin qarşısında qaldırıldığını diqqətə çatdırıb. Azad edilən torpaqlarımızda irimiqyaslı layihələrin həyata keçirildiyini, ölkəmizin çox böyük sürətlə inkişaf etdiyini, yaxın gələcəkdə əhalinin sosial vəziyyətinin daha da yaxşıladıracağını qeyd edib.
Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb