"Fənərbaxça" azarkeşləri bu dəfə Sevilyada iqtidarı istefaya çağırıb

img

10-03-2023 [14:22]


Ötən axşam İspaniyada keçirilən "Sevilya" - "Fənərbaxça" matçında bir qrup türk azarkeşi stadionda Ərdoğanı istefaya çağırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyun başlamazdan əvvəl Avropanın bir çox yerindən stadioana axışan “Fənərbaxça” azarkeşləri Sevilyada siyasi sloqanlar səsləndirib: “Yalan, yalan, yalan, 20 ildir yalan, istefa”

Məlumata görə, hazırda həmin azarkeşlərin kimliyi araşdırılır.

Xatırladaq ki, oyun "Sevilya"nın 2-0 qələbəsi ilə başa çatıb.

Məlumat üçün onu da qeyd edək ki, bundan əvvəl "Fənərbağça" azarkeşləri Türkiyədə stadionda belə çağırış ediblər. Bu səbəbdən komandanın azarkeşlərınə səfər oyunlarında meydana giriş qadağan olunub.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR