Messi "yuva"ya dönür

img

08-03-2023 [19:12]


Sezon sonunda PSG ilə müqaviləsi bitəcək Messi "yuvası"na dönür.

Mia.az xəbər verir ki, bu barədə İspaniyanın GOL nəşri məlumat yayıb.

Bildirilib ki, ötən həftə Barselonadakı evinə gələn Messi burada keçmiş komanda yoldaşları ilə görüşüb.

Komanda yoldaşları Busquets və Alba deyib ki, Messinin geri dönməsi üçün komandadakı bir çox oyunçular maaşlarının aşağı endirilməsinə razılıq verib.

İddiaya görə, Messinin Lionel Messinin menecerliyini edən atası Jorge Messi "Barselona" prezidenti Laporta ilə danışıqlar aparır.

"Goal" danışan Laporta da faktə təsdiq edib: "Jorge ilə görüşmüşəm, bu, doğrudur. Messini çox sevirəm və ona hörmətim böyükdür. PSJ-yə hörmətimiz böyükdür. Transfer üçün bir şey deməyim indidən düz olmaz".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR