Qadınlarımızın milli dialoqu: surroqat analıqla baglı təkliflər yenidən gündəmdədir
07-03-2023 [22:10]
“Qadın Gündəliyi” Milli Dialoq Platforması bu gün ictimaiyyət qarşısına çıxdı.
Mia.az xəbər verir ki, Platformanın ictimai təqdimatını Azərbaycanın qadın təşkilatları keçirdi və hökümət rəsmiləri, siyasətçilər, diplomatik nümayəndəliklərin əməkdaşları da onlarla bir araya gəldi.
Qadın liderliyini gücləndirmək üçün birgə fəaliyyətə çagırış edən təşkilatçılar platformanın Milli Dialoq Prosesinə start verdiyini bəyan etdi. Bu proses çoxtərəfli dialoqu və siyasi prioritet məsələlərə dair əməkdaşlıgı asanlaşdıracaq fəaliyyət hesab olunur.
“Qadın Gündəliyi”nin əsas proiritetləri və tövsiyələri ətrafında müzakirə aparan təşkilatlar əsas diqqəti müxtəlif sahələrdə qərarvermə preosesinə qadınların cəlb olunmasına yönəltdi. Eyni zamanda qeyd olundu ki, bu proseslərdən regionda yaşayan qadınlar kənarda qalmamalıdı.
Qadınlar həmçinin siyasi və ictimai iştirakçılıq sahəsində səlahiyyətlərin artırılmasından danışdılar. Gender əsaslı zorakılıqla mübarizənin hər zaman və bütün ölkələr üçün prioritet oldugundan bəhs etdilər. Ümumiyyətlə, bu platforma qadınlara yönəlik 10 fəaliyyət yönümlü işçi qrupu özündə birləşdirir.
Qadın və Səhiyyə üzrə İşçi Qrupun üzvü, Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin sədri Səadət Bayramovanın sözlərinə görə, tarix boyu hər dövrdə qadınlar ictimai və məişət həyatında problemlərlə üzləşib: “Bunların həlli qəliz idi, həm də zamana ehtiyac vardı. Amma bir yerdən başlamalıydıq. Biz də səbrli yolu seçdik. Əməkdaşlıga, dialoqa üstünlük verdik. Həm də problemdən danışmasan, onu həll edə bilməzsən. Vaxtilə kistoz-fibroz problemini gündəmə gətirəndə tərəddüd içindəydik, bilmirdik, bu məsələyə diqqəti yönəldə biləcəyik, ya yox. Amma hər bir ideyada dirəndik, bizə inanan və ümid bəsləyən insanları yarı yolda qoymadıq”.
Qadın və Səhiyyə üzrə İşçi Qrupun üzvü, İnkişafa Dogru Qadın Təşəbbüsü İctimai Birliyinin sədri Ziba Nəbiyeva bildirir ki, hazırda ailə planlaşdırılması və reproduktiv sağlamlıq mövzusu xüsusi araşdırılmalıdı: “Çünki bu, bir ölkə siyasətidi. Məsələn, ailə planlaşdırılmasının kökündə həm təhlükəsiz, həm də qanuni üsullardan istifadə etməklə sağlam uşağa sahib olmaq niyyəti dayanır. Bu isə, səhiyyə siyasətinin təməl prinsipləri deməkdi”.
Z.Nəbiyevanın sözlərinə görə, sonsuzluqdan əziyyət çəkən ailələrə övlad sahibi olmaq şansını verən süni mayalanma proseduru kimi, surroqat analığa dair müddəalar da qanunvericilikdə əks olunmalıdı: “Məhz buna görə “Reproduktiv sağlamlıq və Ailə planlaşdırılması haqqında” qanunun qəbul olunması üçün mütəmadi çagırışlar edirik. Təəssüf ki, qanun layihəsi dəfələrlə Milli Məclisdə (MM- Z.M.) müzakirəyə çıxarılmasına baxmayaraq hələ də qəbul edilməyib. Aidiyyatı qurumların səlahiyyətli nümayəndələrilə görüşüb qanunun qəbul edilməməsinin səbəblərini araşdırmaq və bu istiqamətdə planlı ictimai vəkillik işlərinin aparılması aktuallığını saxlayır”.
Qadın və Səhiyyə üzrə İşçi Qrupun təqdim etdiyi tesizlərin arasında ailə planlaması prosesində əsas alət kimi abortlardan istifadə, cinsdən asılı selektiv abortların olması, müasir kontraseptiv üsullardan aşağı səviyyədə istifadə edilməsi, erkən yaşda evlilik, yaxın qohum evlilikləri, gender bərabərliyinin təmin edilməsini ləngidən amillərin mövcudlugu da yer alıb: “Gücümüzü maarifləndirməyə yönəltməliyik. Xüsusən regionlarda kontraseptivlərdən istifadənin, məktəblərdə yaşa uyğun cinsi təhsil vasitəsilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq üzrə tədrisin təşviqini inkişaf etdirmək lazımdı. Həm yaxın qohum nikahlar, həm də ekoloji təsirlərin yaratdığı fəsadlar əngəlli körpələrin dünyaya gəlməsinə səbəb olur. Ətraf mühitin çirklənməsinə təsir edən səbəblərdən biri olan məişət, tibbi, elektron və təhlükəli tullantıların utilizasiyası və düzgün idarə edilməsi də çox aktual məsələdi. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə və yerlərdə çox geniş şəkildə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var”.
Qadın səhiyyə qrupunu düşündürən daha bir problem genetik xəstəliyi olan insanların evliliyindən əngəlli körpələrin dünyaya gəlməsidi. Qadınlar təklif edir ki, irsi genetik xəstəliklərin qarşısının alınması üçün tibbi genetik laboratoriyaların sayı artırılsln və əlçatan olsun: “Doğum evlərində yüksək risk qrupuna daxil olan uşaqlar arasında audioloji skrininqlər aparılsa, eşitmə problemini vaxtında aşkara çıxara bilərik. Əngəlli uşaga görə niyə analar psixoloji təzyiq görməlidi? Ailə məkləbləri, mərkəzlər yaradaq, analar ər evində günahkar elan edilməsin, əngəlli körpələrin dogulmasının səbəbləri izah edilsin. Biz hətta yeni qanun üçün təşəbbüs qaldırmaq istəyirik. Düşünürük ki, analar və uşaqlar arasında mikroelement çatışmamazlığını aradan qaldırmaq üçün Qidaların Vitaminləşdirilməsi haqqında Qanuna ehtiyac var”.
Ümumiyyətlə, qadın səhiyyə qrupunun təklifləri arasında bir sıra maraqlı məqamlar var. Məsələn, qadınların fikrincə, İcbari Tibbi Sığortanın xidmət paketinə məktəb yaşlı uşaqların ildə bir dəfə dispanserizasiya qaydasında D vitamininin yoxlanılması daxil edilməlidi. Vitamin D-nin müayinəsi bahalı xidmətdi, qadınlar hesab edir ki, bu xidmət mütləq pulsuz olmalıdı, çünki uşaqların yetişməkdə olan orqanizminə böyük dəstəyi var.
Əslində, bütün yoluxucu xəstəliklərə dair maaarifləndirmə işləri təkcə əhali arasında yox, həm də pasiyentlər əhali arasında aparılmalıdı, çünki stiqma və diskriminasiya səbəbindən xəstələrin müalicəsi yarıda qalır, xəstəlik agırlaşır: “Vərəm, İİV, viral hepatitlərə düçar olan qadın və qızların cəmiyyətdə durumu çox çətindi. Ərə getmək üçün qızlar çox vaxt xəstəliyini gizlədir. Biz hələ də israrla bildirmək istəyirik ki, Hepatit B və hepatit C müayinəsi nikahdan öncə aparılan tibbi müayinələr sırasına daxil edilməlidi”.
Zülfiyyə Mustafayeva
MIA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb