07-05-2014 [22:48]
Çin Ukraynadan min kilometrlərlə uzaqda yerləşsə də, Avropanın ərazicə ən böyük ölkəsi ətrafında yaranmış siyasi böhranın nə ilə nəticələnəcəyindən asılı olmayaraq, bu böhranın qalibidir. Ukrayna böhranının birbaşa tərəfləri Rusiya və Ukraynanın, bu böhranla bağlılığı olan Avropa Birliyinin yaranış vəziyyətdən hansı nəticə ilə çıxacağı məlum olmasa da, Çin bu böhrandan artıq mənfəət götürməyə başlayıb.
Doğrudur, ABŞ da Ukrayna böhranından mənfəət götürür. Lakin Çindən fərqli olaraq, ABŞ müəyyən itkilər də verir. Çin isə heç bir zərər görmədən Ukrayna ətrafında yaranmış siyasi böhrandan daha çox qazanır.
"İkibaşlı qartal" ikinci başını qaldırır
Rəsmi Moskvanın aqressiv siyasəti Rusiya-Qərb münasibətlərini köklü şəkildə dəyişir və Şimal qonşumuz üzünü Şərqə doğru çevirir. Bəzi rus siyasətçiləri rəsmi Moskvanın bu addımını belə izah edirlər ki, Rusiya dövlət emblemlərində əksini tapdığı kimi ikibaşlı qartaldır və yalnış olaraq ötən illər ərzində bir başı Qərbə istiqamətlənmiş başı ilə hərəkət edib. İndi isə Rusiya Şərqə baxan başını qaldırıb və onun əmri ilə hərəkətdədir.
Bu bənzətmə də, Rusiyanın xarici və daxili siyasətində baş verən dəyişiklikləri tam əks etdirmir. Əslində, Rusiya bütün vücudu ilə artıq Qərbdən üz çevirib və Şərqə doğru istiqamət götürüb.
Qərb dünyasının siyasi, hərbi və diplomatik gücünün birləşdiyi NATO-nu özünün rəqibi görməsi Rusiyanın xarici siyasətindəki böyük dönüşdən xəbər verir. NATO-nun rəhbər şəxsləri açıq şəkildə bildirirlər ki, Rusiya özünü Şimali Atlantika Alyansının tərəfdaşı kimi deyil, rəqibi kimi aparır.
Rəsmi Moskva da öz növbəsində Şimali Atlantika Alyansını Rusiyaya qarşı düşmən kimi davranmaqda it-tiham edir. Tərəflər hətta biri-birinə əzələ nümayişindən də çəkinmirlər. Doğrudur, hələlik Rusiya-NATO Şurası formal olaraq mövcudluğunu saxlayır. Ancaq Rusiyanın NATO-dakı təmsilçilərinin hüquqları kəs-kin şəkildə məhdudlaşdırılıb. Rusiya ilə Qərb arasında münasibətlərin soyumasının göstəricisi isə yalnız bundan ibarət deyil.
Hətta "soyuq müharibə" dövründən fərqli olaraq, indi əksər Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edilib və onların Qərb ölkələrinə yolları bağlanıb. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Bolqarıstana səfər etməsinə rəsmi Sofiya tərəfindən icazə verilməməsi də Rusiya ilə Qərbin münasibətlərinin nə dərəcədə pisləşdiyinə nümunədir.
Qərb-Rusiya münsibətləri gərginləşdikcə, Moskva üzünü Çinə doğru daha çox çevirir. Rusiya rəsmiləri bildirirlər ki, Moskva özünün enerji daşıyıcılarının nəqlində ciddi dəyişiklik etmək, karbohidrogen ehtiyatlarını bazarlara çıxaran kəmərləri Şərqə doğru istiqamətləndirmək niyyətindədir. Şərq deyərkən, Ru-siya rəsmiləri əsasən Çin Xalq Respublikasını nəzərdə tuturlar.
Rusiya Hindistan və Tailand kimi ölkələri də özünün gələcək müştəriləri arasında görmək istəyir. Ancaq Rusiyanın bu gün əsas diqqəti Çinə yönəlib. Hələ Qərblə münasibətlər korlanmamışdan əvvəl də Rusiya Çin bazarlarına can atırdı. İndi isə bu istək həyatı əhəmiyyətli məsələyə çevrilib. Buna görə də Rusiya rəsmiləri Çinlə 30 il müddətində ildə 38 milyard kubmetr qaz satışını nəzərdə tutan müqaviləni imzala-mağa indi daha çox maraq göstərirlər.
Bu müqavilə ətrafında danışıqlar 2007-ci ildən başlasa da, tərəflər bu günə kimi ortaq məxrəcə gələ bil-mirdilər. Müqavilənin imzalanmasını müşkilə çevirən məqam isə qazın qiyməti ilə bağlıdır. Rusiya rəsmi-ləri əvvəllər qazın hər kubmetri üçün 485 dollara yaxın vəsait tələb edirdilər. Bu o zamanlar idi ki, Rusiya əsasən varlı Avropa bazarlarına istiqamətlənmişdi və Çinlə danışıqlarda güzəştə getmirdi. İndi isə vəziy-yət dəyişib.
Vaşinqton və Brüssel Avropanın Rusiyadan enerji asılılığını azaltmaq və hətta mümkün olarsa, buna son qoymaq niyyətindədir. Belə olduqda, Rusiya özünə əlavə bazarlar tapmalıdır. Bu zaman isə öncə yada Çin düşür.
Çinin təbii qaza ehtiyacı ildən-ilə artır. Yalnız ötən il Çinin qaza təlabatı 26 faiz, neft təlabatı 8 faiz artıb. Yaxın illərdə bu tələbatın artan xətt üzrə inkişaf edəcəyi gözlənilir. Buna görə də Çin Rusiyadan qaz idxal etməkdə çox maraqlıdır. Lakin Pekində başa düşürlər ki, indi onlar Rusiyadan deyil, Rusiya onlardan asılıdır. Bu səbəbdən də rəsmi Pekin güzəştə getmək istəmir. Əksinə, Çində hesab edirlər ki, Rusiya güzəştə getməlidir. Pekində ümid edirlər ki, qiymət 400 dollardan aşağı olacaq.
Rusiya rəsmiləri konkret mövqe bildirməsələr də, güzəştə gedəcəklərinə işarə edirlər. Rusiya rəsmilərinin açıqlamalarından belə qənaətə gəlmək olur ki, prezident Putinin Çinə bu ayın sonunda nəzərdə tutulan səfəri zamanı 2007-ci ildən danışıqları gedən müqavilə imzalanacaq. 7 il davam edən danışıqların Çinin qələbəsi ilə bitəcəyi şübhə doğurmur.
Rusiyanın üzünü Şərqə çevirməsinin daha bir sübutu Çin-Rusiya birgə hərbi təlimlərinin keçirilməsi ilə bağlı qərarın verilməsidir. Bu hərbi təlimlərin Şərqi Çin dənizində, Çinlə Yaponiya arasındakı mübahisəli Senkaku adalarının (Çinlilər onu Dyaoyuydao adlandırlar) yaxınlığında keçiriləcək. Bu təlimlərdə Rusiya Hərbi Dəniz Qüvvələrinin 20 gəmisi iştirak edəcək. Bu gəmilərin Çin limanlarında lövbər salması da gözlənilir ki, bu da Rusiya ilə Çinin yaxınlaşmasını göstərir.
Çin Qərblə düşmən olmaq istəmir
Rusiya rəsmiləri "ikibaşlı qartal"ın üzünü Şərqə doğru çevirməsi haqqında çox danışsalar da, rəsmi Pekin ehtiyatlı davranır. Çin Qərb dövlətləri kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləməsə də, bu hadisəni açıq müdafiə də etmədi. BMT Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında Çinin bitərəf qalmağa üstünlük verməsi əslində, Rusiyanın əleyhinə olmaq anlamına gəlir. Rəsmi Kiyevin Ukraynanın Şərq vilayətlərində həyata keçirdiyi anti-terror əməliyyatlarını dayandırmaq üçün mayın 3-də Rusiyanın tələbi ilə çağrılan BMT Təhlükəsizlik Şurasının iclasında da Çin diplomatik bəyanatla çıxış edib və faktiki olaraq, Moskvanı müdafiə etməyib. Çinin bu addımı təsadüfi deyil. Pekində anlayırlar ki, Krımın ilhaqını müdafiə etmək Çin üçün çox qorxulu ssenarilərin meydana çıxmasına səbəb ola bilər.
Məlum olduğu kimi, Çinin iki bölgəsi - Tibet və Sintszyan uzun illərdir müstəqilik uğrunda mübarizə aparır. Pekin Krım nümunəsinin "yolxucu" ola biləcəyindən və bu hadisənin Tibet və Sintszyanda müstəqil-lik hərəkatını alovlandıracağından ehtiyat edir. Ümumiyyətlə, Çin separatizmdən əziyyət çəkdiyi üçün separatçı hərəkatları dəstəkləməkdən çəkinir və bu addımını başqa dövlətlərin daxili işinə qarışmamaq siyasəti ilə izah edir.
Çini ehtiyatlı mövqe tutmağa vadar edən başqa amillər də var. Belə ki, Çin öz ordusunu əsasən Ukrayna istehsalı olan silahlarla təhciz edir. Bu isə həmin silahların Rusiyadan alınmasından ucuz başa gəlir.
Bundan başqa, Çin Ukraynaya varlı Avropa bazarlarına çıxış meydançası kimi baxır və Kiyevlə münasibətlərini pozmaq istəmir. ABŞ Çinə işarə edir ki, Rusiya ilə birgə olmasa, öz malları üçün Qərb bazarlarında güzəştlər ala bilər. Bütün bunlara görə Çin Rusiyanı birmənalı dəstəkləmir və yaranmış vəziyyətdən maksimum mənfəət götürməyə çalışır. Belə görünür ki, Çin buna nail olmağa çox yaxındır və Rusiya uzun illərin inadkarlığından əl çəkib qazın qiymətində güzəştə gedəcək. Qərb isə Çinin Rusiya ilə tama-milə yaxınlaşmasının qarşısını almaq üçün Pekinə sərfəli iqtisadi əməkdaşlıq təklif edəcək. Belə olduqda, Çin yaranmış vəziyyətdən istədiyi bütün mənfəəti götürəcək.
Bu ilin sonunda Çinin Ümumdaxili Məhsulun həcminə görə ABŞ-ı ötüb keçməsi və dünyanın ən böyük iqtisadiyyata malik ölkəsi adını 142 ildən sonra ABŞ-ın əlindən alacağı gözlənilir. Hətta böyük tarixi hadi-sə bu il baş verməsə, yaxın illərdə baş verməsi qaçılmaz olacaq.
Rusiyanın Qərblə münasibətlərində yaranan gərginlik Çinin diplomatik gücünü də artırır. Bu iki amil isə onun Böyük Dünya Dövləti statusunu təmin edir.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi