Dieqo Luqano: ""Fənərbağça" "Sevilya"ya qalib gələcək"

img

07-03-2023 [09:57]


"Fənərbağça"nın uruqvaylı əfsanəvi futbolçusu Dieqo Luqano "White Football"a keçmiş komandası barədə açıqlama verib.

Mia.az-ın məlumatına görə, o, bildrib ki, zəlzələ qurbanlarını yad etmək, zərərçəkənlərə yardım etmək üçün İstanbula gedəcək: "Sabah zəlzələdən xilas olmaq üçün İstanbula gələcəm. İkinci vətənimə - Türkiyəyə kömək etmək üçün şəxsən Uruqvay Konsulluğu ilə əlaqə saxlayıram".

Luqano "Fənərbağça"nın bu mövsüm əla oyun keçirdiyuini deyib: "Bu mövsüm daha yaxşı "Fənərbaxça" görürəm. "Sevilya" ilə oyuna gəldikdə, turun favoriti "Fənərbağça"dır. "Sevilya"  bu sezon çox pis dövrünü keçirir".

Luqano keçmişdə bir yerdə oynadığı Alekslə hazırda "Fənərbağça"da top qovan gənc Arda Gülər arasında da müqayisə aparıb: "Arda Gülər ​​Aleksdən daha istedadlıdır. Möcüzələr yaradır. Davamı olacaqmı, görəcəyik".

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR