Əlahiddə Ümumqoşun Orduda komandir hazırlığı məşğələsi keçirilib
06-03-2023 [17:57]
“Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il döyüş hazırlığı planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələsi keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, komandir hazırlığı məşğələsində əsas diqqət zabitlərin hərb sənəti və bölmələrin idarə edilməsi üzrə bilik, bacarıq və komandir keyfiyyətlərinin təkmilləşdirilməsinə və döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düzgün qərarların qəbul edilməsinə yönəldilib.
Toplantının ilk günündə silahsız sıra fəndləri və hərəkətlərinin yerinə yetirilməsi praktiki olaraq nümayiş olunub.
Toplantı zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Taktiki, Mühəndis, Topoqrafiya və Kimya hazırlıqlarından nəzəri dərslər keçirilib.
Komandir heyəti gecə şəraitində motoatıcı və tank bölmələrində atış və sürücülük çalışmalarının yerinə yetirilməsi üzrə göstərici dərslərdə iştirak edib.
Toplantının üçüncü günündə keçirilən nəzəri dərslərdə “Azərbaycan Respublikası Cinayət Qanununun vəzifə və prinsipləri”, “Motoatıcı və tank bölmələri hücum döyüşünü aparan zaman hava hücumundan müdafiənin təşkili”, “Taktiki və əməliyyat-taktiki raket kompleksləri və onların döyüş tətbiqinin xüsusiyyətləri”, “Ştatda olan ultraqısa dalğalı radiostansiyaların işə hazırlanması”, “İlk tibbi yardım və təxliyyə qaydaları” və digər mövzulardan mühazirələr oxunub və bu mövzular üzrə 44 günlük Vətən müharibəsində qazanılan təcrübələr komandir heyətinə çatdırılıb.
Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərdən rəhbəredici sənədlərdən və fiziki hazırlıqdan məqbullar qəbul edilib.
Məşğələlərə cəlb edilmiş zabitlərlə 3 günlük məşğələnin təhlili aparılan zaman döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da artırılması, silah və döyüş texnikalarının effektiv tətbiqi məqsədilə keçirilən təlimlərin real döyüş şəraitinə uyğunlaşdırılması və texnoloji innovasiyalardan istifadə edilməsi hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılmasına müsbət təsir göstərdiyi xüsusi qeyd edilib. Toplantıya cəlb edilmiş zabitlərə hərbi biliklərini eləcə də fiziki hazırlıqlarını daim artırmaqla peşəkar və nizam-intizamlı komandir kimi formalaşaraq tabeliklərindəki şəxsi heyətə nümunə olmaları istiqamətində tövsiyələr verilib.
Məşğələlərin yekununda Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev çıxış edərək bildirib ki, məşğələlər zamanı zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb