Ali Koç: "Hər kəs iqtidarı dəstəkləmək zorunda deyil"

img

03-03-2023 [19:19]


"Fənərbağça"nın prezidenti Ali Koç tərəfdarlarının "Hökumətə istefa" şüarları ilə bağlı ilk dəfə danışıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, rəhbərlik etdiyi klubun siyasətlə məşğul olmadığını və bu səbəbdən "Kayserispor"la sabahkı oyuna azarkeşlərinin alınmamasına etiraz edib:

"Əvvəlcə gəlin "Hökumət və dövlət "sözünü bir-birindən ayıraq. Hamı dövlətin tərəfindədir, amma hamı hökumətin tərəfində olmaq məcburiyyətində deyil. Tərəfdarlar arasında iqtidarla bağlı fərqli düşünənlər ola bilər. Elə deyilmi? Sənə dövlətin, hökumətin nə olduğunu bizmi öyrədəcəyik?".

Ali Koç tərəfdarlarına qadağanı Kaysetri şəhərinin valisinin qoyduğunu iddia edib və bunu qəbuledilməz sayb: "Təkrar edirəm, klub siyasətlə məşğul deyil"

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR