Əliyev Qoşulmama Hərəkatında Fransaya masterklas keçdi: Yeni Kaledonyanın öz müqəddəratını təyin etməsi üçün... - TƏHLİL
03-03-2023 [17:20]
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü öz işini yekunlaşdırdı. Yekunda Sammit çərçivəsində onun nəticələrini özündə əks edən sənəd qəbul edilib.
Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşü hər nə qədər COVID-19-a qarşı mübarizəyə həsr olunsa da səslənən fikirlər irəli sürülən təkliflər və verilən siyasi mesajlar baxımından kifayət qədər diqqət çəkdi.
Əliyevin Parisdən üzür tələbi
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışı Fransaya sözün əsl mənasında dərs oldu. Belə ki, ölkə başçısı çıxışında "Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledonya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq" dedi.
Prezidentin bizdən çox uzaqda olan bir münaqişəni qabartması təsadüfi deyil. Bu Fransaya işğalçı Ermənistanı və separatçıları dəstəkləməsinə edilən bir etiraz idi. Digər tərəfdən bu həm də Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq üzv ölkələrin problemlərinə laqeyd qalmadığını göstərən bir addımdır.
Qəmər Adaları Respublikası 1974-cü ilin dekabrında keçirilmiş referendumun nəticələrinə Fransadan ayrılaraq müstəqillik əldə edib. Lakin Qəmər adaları arxipelaqına daxil olan 4 adadan 3-ü Fransadan ayrılmağa və müstəqilliyə, Mayot adasındakı xristian əhali isə bunun əleyhinə səs verdi. Fransa bunu əsas tutaraq Mayot adası üzərində müstəmləkəsini saxlamaq qərarı verərək adaya qoşun çıxartdı.
Qəmər Adaları Respublikası 1975-ci ildə tərkibindəki 4 ada ilə Qrand-Komor, Anjuan, Moxeli (Mayot da daxil olmaqla) BMT-nin tamhüquqlu üzvü oldu. BMT Baş Məclisi bütün 4 ada üzərində (və Mayot) Qəmər Adaları Respublikasının suverenliyini tanıdı və Fransanı həmin adaları tərk etməyə çağırdı. Lakin Fransa BMT-nin tələbinə məhəl qoymadı.
Az qala hər fürsətdə Azərbaycanı beynəlxalq hüquqa riayət etməyə səsləyən xalqların öz müqəddəratını təyin etmək prinsipini qabardan rəsmi Paris 1975-ci ildən bəri Qəmər Adaları Respublikasının ərazi bütövlüyünə hörmətsizlik edərək Mayort adasını işğal altında saxlayır.
Azərbaycan Prezidenti bu məqamı bir daha Qoşulmama Hərəkatında çıxışı zamanı qabardaraq faktiki olaraq Fransaya işğalçı Ermənistanı dəstəkləyən işğalçı ölkə olduğunu xatırladır.
Yeni Kaledonya nüansı
Tədbirin diqqətçəkən bir digər məqamı da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilən bağlanış sessiyasında Yeni Kaledonyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozeptin çıxış etməsi oldu.
Aydın məsələdir ki, Forrest Mikael Jozeptin Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak etməsi Azərbaycan Prezidentinin şəxsi təşəbbüsüdür. Prezident bununla əslində bir müddət öncə Fransaya dəvət edilən separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyanı xatırladaraq Parisə demarş etmiş oldu.
Misal üçün “bildiyiniz kimi, Sakit Okean regionu həm də dünyanın böyük dövlətləri üçün geostrateji bölgədir. Ölkəmizin vəziyyəti haqqında dünya ölkələrini məlumatlandırmağa davam etmək baxımından Qoşulmama Hərəkatı bizim üçün vacib platformadır. Ümid edirik ki, gün gələcək və Yeni Kaledoniya yenidən öz suverenliyinə və müstəqilliyinə qovuşacaq”, - deyən Forrest Mikael Jozept Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyini yüksək qiymətləndirdiklərini qeyd edib.
Maraqlıdır ki, Azərbaycan Prezidenti də çıxışı zamanı “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” demişdir.
Göründüyü kimi Bakı Parisi öz silahı ilə vurur ona heç də rahat olmamasını məsləhət görür. Mümkündür ki, Azərbaycan Fransanın bundan sonra atacağı addımlarda bənzər formada cavab verəcək. Yeni Kaledonyanın öz müqəddəratını təyin etməsi üçün ən azından Qoşulmama Hərəkatında platforma yaradacaq.
Turan Rzayev,
politoloq
MİA.AZ
İran XİN başçısı Səudiyyə Ərəbistanı XİN başçısı ilə danışdı: "Qonşuları düşmən görmürük"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi