Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-03-2023 [00:08]
Qoç - ağır və çətin gün olsa da, müşküllərin öhdəsindən gələcəksiniz. Nikbin olun, aktiv davranın. Günün ilk yarısında emosional fon gərgin olduğundan daha çox çalışmalı olacaqsınız. Yaxşı əhvalınızı qoruyun. Pozitiv emosiyalara ehtiyacınız var.
Dəstək almaq istəyirsinizsə, yardım istədiyiniz insanla konkret danışın.
Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksək olacaq. Öz ideyalarınızı reallaşdırmaq əvəzinə başqalarının fikirlərindən yararlana bilərsiniz. İdman, ağır fiziki əmək, sükan arxasında çox vaxt keçirmək məsləhət deyil. Travma və xoşagəlməz hadisələr riski var.
Kosmetik vasitələrlə eksperimentlər aparmayın. Allergik reaksiyalar ola bilər.
Buğa - gün uğursuz başlanacaq. Günün ilk yarısında problemlər bir-birini əvəzləyəcək. Dincəlməyə, nəfəs dərməyə vaxtınız olmayacaq. Dostlar və tanışlar sizə yardım etməyə hazırdırlar. Amma onların yardımları gözlənilən effekti vermir. Çətin situasiya daha da ağırlaşır. Maliyyə və daşınmaz əmlakla bağlı müstəqil qərar qəbul edin.
Günün ikinci yarısında aktiv çalışın. Şər qarışana qədər evdə olmağa çalışın. Kompüter və ya televizor arxasında çox vaxt keçirmək gərək deyil. Adi günlərdən fərqli olaraq gözləriniz daha tez yorulacaq. Başağrıları da istisna deyil. Sevdiyiniz şəxs axşam saatlarında sizi xoş xəbərlə sevindirəcək.
Əkizlər - gün narazılıq və narahatlıq vəd etməsə də, sürprizlər olacaq. Köhnə dostlar və ya bir neçə il əvvəl işlədiyiniz insanlardan birindən qəfil xəbərlər ala bilərsiniz. Çətin qərar qəbul edə bilərsiniz. Həmin qərarı dərhal həyata keçirmək asan olmasa da, səyləriniz hədər getməyəcək. Nəticələr sizi sevindirəcək.
Günün ikinci yarısında xoş tanışlıqlar ola bilər. Lakin onlar ciddi münasibətlərin rəhni olmayacaq. Ani marağı və ya rəğbəti ciddi hiss kimi qəbul etməyin. Situasiyanı dürüst qiymətləndirmək üçün vaxta ehtiyacınız var. Durumu dəqiq qiymətləndirsəniz, sonradan təəssüf hissi keçirməyəcəksiniz.
Xərçəng - nüfuz və imicinizi qoruyun. Paxıllarla rəqiblər bu gün dəridən-qabıqdan çıxacaq, sizə mane olmağa çalışacaqlar. İstənilən, hətta ən kiçik səhvləriniz diqqəti sizə cəlb edəcək. Uğurlar və nailiyyətlərinizi isə görməməyə çalışacaqlar.
Bilik və bacarıqlarınızı nümayiş etdirin, qələbələriniz barədə danışın. Lakin özünüzü həddən ziyadə tərifləməyin.
Günün ikinci yarısında romantik təmaslarla bağlı dəvəti qəbul etməyə tələsməyin. Sadəcə, nəzakət xətirinə harasa yollanmayın. İnsan sizin xoşunuza gəlirsə, hər şey yaxşı olacaq. Əks təqdirdə problemlər yaranacaq.
Şir - istənilən qərarları müstəqil qəbul edin. Bu gün sizinlə manipulyasiya etmək istəyən insanlar çox olduğundan onların hamısına sinə gərmək asan deyil. Səfər və ya səyahət, ezamiyyət üçün yaxşı zamandır. Sifariş aldığınız və ya çalışacağınız məkana yollananda yolda emosiyalarınızı səbatlı edin. Şəraitin dəyişməsi kefinizi kökəldə bilər.
Uzaqda, başqa şəhərdə yaşayan tanışlardan birindən günün ikinci yarısında xoş xəbər ala bilərsiniz. Son zamanlar darıxdığınız insanla görüşəcəksiniz.
Yanlış qərarla pozulmuş romantik münasibətlərin bərpası üçün əlverişli zamandır.
Qız - yeni imkanlar vəd edən gündür. Lakin həmin imkanlardan yararlanmaq üçün qətiyyətli və cəsur olun. Yanınızdakı insanın sizi dəstəkləməsi önəmli amildir. Bir-iki söz əhvalınızı yaxşılaşdıra bilər. Gəlirlər az, hədiyyə kiçik və ucuz olacaq.
Günün ikinci yarısı fiziki əmək və səylə çalışmaq üçün münasib zamandır. Axşam saatlarında nikbin, parlaq görünməyə çalışın. Ünsiyyətə can atdığınız insanın marağını cəlb edə bilərsiniz.
Tərəzi - qarışıq və mürəkkəb gündür. Ciddi işlər planlaşdırmayın. Diqqətli olun, dağınıq davranmayın. Mühüm detalları, önəmli xırdalıqları nəzərdən qaçırmayın. Belədə ciddi səhv riski dəfələrlə artır. Yaxınlarınızla ünsiyyətdə problemlərin yaranmamasına çalışın. Dəyər verdiyiniz insanlarla təmaslarda sayıq, qayğıkeş və diqqətli olun.
Günün ikinci yarısında mövqeyinizi qorumağa çalışarkən sərt və aqressiv davranmayın, həmsöhbətinizin xətrinə dəyməyin. Əks təqdirdə başladığınız söhbəti bitirməyə çalışacaqlar. Uzaq səfərlərə yollanmayın. İctimai nəqliyyatdan az istifadə edin.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - günün maliyyə fonu uğurlu deyil. Nəzərdə tutduğunuz alış-verişdən və bəzi planlardan imtina edin. Əks təqdirdə pul itirə bilərsiniz. Borc almayın. Həmin borcu qaytarmaq düşündüyünüzdən də çətin olacaq. Dəvət aldığınız, insanların gur olduğu yerlərə qatılmayın. Belə tədbir əhvalınızı pozacaq, sizi yoracaq.
Günün ikinci yarısında səyahət və ya səfər uğurlu alınacaq. İşgüzar səfərdə ehtiyatlı olun. Yeni tanışlıqlar uğurlu ola bilər. İlk dəfə gördüyünüz insana inanmayın, etibar etməyin.
Axşam saatlarında yaxşı təmaslar ola bilər.
Oxatan - günün ilk yarısında təlaş və ya həyəcan yaşana bilər. Gün uğurlu alınacaq. Ailə üzvləri ilə fikir ayrılıqları yaranacaq. Problemi dərhal həll etməyə can atın. Yaxınlarınızla münasibətlərinizi sərinləşdirən və çoxdan bəri həllini tələb edən müşkülü yeniləyin.
Günün ikinci yarısı dünyagörüşünün artırılması, bilik və bacarıqların zənginləşdirilməsi, intellektual fəaliyyət üçün əlverişlidir. Qərar və addımlarınız dəqiq olsun, yanılmayın. Ciddi səhvlərə yol verməyin.
Oğlaq - faydalı və məhsuldar çalışın. Uzun müddətdən bəri təxirə saldığınız işləri başa vurun. Yaxın ətrafınızdakı insanlar sizin kimi intensiv çalışmaq istəməyəcəklər. Onları dilə tutmaq heç bir fayda verməyəcək. Təkbaşına, tənha çalışmağa hazırlaşın.
Tanışlar və tərəfdaşlar sizi təəssüfləndirəcəklər. Onlar vədlərini unudur, planları dəyişir, sözləşməni unudaraq öz maraqlarını hər şeydən üstün tuturlar.
Sevdiyiniz insanla münasibətlərdə problemlər ola bilər. Düşünməyin ki, o insan sizinlə maraqlanmır. Qısqanclığa heç bir səbəb yoxdur.
Dolça - ideyalarınız pis deyil və yaxın ətrafınızdakı insanlar bunu etiraf edirlər. Layihə və niyyətlərinizin əksəriyyətini indiyədək sizdə rəğbət oyatmayan insanların hesabına reallaşdıra bilərsiniz. Yeni tanışlıqlar ola bilər. Dostluq və ya romantik münasibətlərin başlanması istisna deyil.
Çalışdığınız insanlarla dil tapın, onları anlamağa çalışın. Kəskin antipatiya hissləri yaratmayın.
Günün ikinci yarısı bilik və bacarıqların əldə olunması, təcrübənin zənginləşdirilməsi üçün əlverişlidir. Yaşlı və ya təcürəbli insanlarla ünsiyyətdə fayda var.
İmiclə cəsarətli eksperimentlər aparmaq olar.
Balıqlar - günün ilk yarısında münaqişələr və mübahisələr ola bilər. Toqquşmalarla qarşıdurmaların suçlusu sizsiniz. Bunu anlayın, etiraf edin. Vaxtınızı mübahisələrə sərf etməyin, güzəştə getməyi bacarın. Belə olarsa, situasiya dəyişəcək, müsbət təmayüllərin təsiri artacaq. Saatlar keçdikcə münasibətlərdəki harmoniya yerini alacaq. Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirəcək.
Günün ikinci yarısında maliyyə məsələləri ilə bağlı qərarlar qəbul etməyin. Pul xərcləməyə tələsməyin. Maliyyə vəsaitinizin yetərli olduğunu düşünsəniz, yanılanacaqsınız. Adi günlərdən fərqli olaraq kənar adamlar işlərinizə daha çox qarışacaqlar. Onlar məsləhət verir, doğru yol göstərməyə çalışırlar. Məsləhət istəmədiyiniz halda belə vəziyyət yaşanır.
Bildiyiniz kimi davranın, doğru hesab etdiyiniz yolla gedin.
Milli.Az
Bakıda saxta qaz işçisi tutulub.
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
Ukrayna, Rusiya, ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı