"Trabzonspor" klubu növbədənkənar seçki qərarı verdi

img

02-03-2023 [23:45]


"Trabzonspor" klubunun rəhbərliyi erkən seçki qərarı alıb.

Mia.az xəbər verir ki, bu barədə klub az əvvəl rəsmi məlumat yayıb.

Bildirilib ki, "Trabzonspor" klubunun nizamnaməsinə əsasən, növbədənkənar seçki 18-19 mart 2023-cü il tarixlərində saat 09.00-da “Trabzonspor Mehmet Ali Yılmaz Tesisleri Trabzon” ünvanında keçiriləcək: "Əgər bu tarixlə bağlı mübahisə olarsa, o zaman seçki 25-26 mart 2023-cü il tarixlərində saat 09:00-16:00 arasında baş tutacaq".

Kluuub bu qəfil seçkii qərarının səbəbini açıqlamayıb. Ehtimal ki, bu, komandanın son aylardakı uğursuz oyunları ilə bağlıdır.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR