Məhkəmə "Fənərbağça"nın azarkeşlərinin stadiona girişinə qadağanı ləğv edib

img

02-03-2023 [17:10]


"Kayserispor"la "Fənərbağça"nın martın 4-də keçiriləcək oyununa ikincilərin azarkeşlərinin stadiona girişinə qadağa qoyulması qərarı ləğv olunub.

Mia.az xəbər verir ki, bu barədə Kayseri 2-ci İnzibati Məhkəməsi bu gü qıərar çıxarıb.

Qərara əsasən, səfər qadağasının icrası dayandırılıb. 

Bu qadağaını qoyan Kayseri şəhər İdman Təhlükəsizlik Şurasına etiraz etmək üçün bir gün vaxt verilib.

Xatırladaq ki, dünən"Fənərbaxça" rəsmi internet səhifəsində də bu qərarla bağlı etiraz bəyanat yayıb.

Bəyanatda deyilir ki, "Kayserispor"la oyuna "Fənərbaxça" tərəfdarlarının alınmaması futbol adına rüsvayçılıqdır: "Bu qərar Türk futbolu üçün biabırçılıqdır. Şüursuz qərar və hərəkətlərinizdən əl çəkin".

Fərid

Mia.Az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR