Mbappe canlı yayımda Türkiyəyə dəstək verdi: "Əlimdəki bütün imkanları uşaqlar üçün istifadə edəcəyəm"

img

01-03-2023 [22:25]


"Bu, həqiqətən böyük bir faciədir. Türkiyənin nələr yaşadığını təsəvvür edə bilmirəm".

Mia.az xəbər verir ki, PSJ-nin fransalı ulduzu Kilian Mbappe "Türkiyə ilə çiyin-çiyinə" kampaniyasına qoşularaq canlı yayımda deyib.

Onun sözlərinə görə, zəlzələnin fəsadları düşünülməyəcək qədər böyükdür: "Türkiyəyə və onun zəlzələdən zərərçəkən əhalisinə yardıma qatılmaqdan qürur duyuram. Əlimdəki bütün imkanları uşaqlar üçün istifadə edəcəyəm. Uşaqların, insanların gələcəyi, xəyallar önəmlidir".

Məçhur oyunçu deyib ki, bir uşağın gülüşünü qazanmaq böyük əhəmiyyət daşıyır.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR