Şenol Günəş: "Belə qərarlar kiminsə keyfi ilə alınmamalıdır"

img

01-03-2023 [18:53]


Martın 4-də "Kayserispor"la "Fənərbaxça"nın, daha sonra isə "Beşikataş"ın "Ankaragücü"ü ilə oyunlarına səfər komandalarının azarkeşlərinin stadionlara buraxılmaması barədə qərarlara məşhur baş məşqçi Şenol Günəş də etiraz edib.

Mia.az xəbər verir ki, "Beşiktaş"ın bazasında jurnalistlərin suallarını cavablandıran məşqçi belə qərarlarən kiminsə keyfi ilə alınmasının qəbulolunmaz olduğunu deyib:

"Səfər oyunlarında tərəfdar qadağasını qəbul etmrəm. Belə bir qərarlar birgə müzakirə edilərək, qəbul olunmalıdır. Bu, kiminsə keyfi ilə qəbul olunacaq məsələ deyil. Mən kimsəni ittiham etmirəm. Məcbur qərara əməl edəcəyik, ancaq bu qərarı kim verdi, niyə verdi, bunu bilmək haqqımız var".

Fərid

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR