"Fənərbaxça" tərəfdar qadağasına sərt cavab verdi: "Rüsvayçılıqdır" 

img

01-03-2023 [18:48]


"Kayserispor"un "Fənərbağça"nın azarkeşlərinin stadiona girişinə qadağa qoyması İstanbull klubunda zəlzələ effekti yaradıb

Mia.az xəbər verir ki, bu barədə "Fənərbaxça" rəsmi internet səhifəsində bəyanat yayıb.

Bəyanatda deyilir ki, "Kayserispor"la oyuna "Fənərbaxça" tərəfdarlarının alınmaması futbol adına rüsvayçılıqdır: "Bu qərar Türk futbolu üçün biabırçılıqdır. Şüursuz qərar və hərəkətlərinizdən əl çəkin".

Bəyanatda daha sonra deyilir ki, "2023-cü il martın 4-də "Yukatel Kayserispor"la oynayacağımız matçdan əvvəl şəhər idman idarəsinin ev sahibi komandanın tələbi ilə belə bir qadağa qoyması "Fənərbaxça"ya qarşı sistemli təzyiqin bir parçasıdır. Bu, qərar futbol adına ədaləti , vicdanı, rəqabəti, bir sözlə,  bütün hallar üzrə hər şeyi yaralayıb".

Qeyd edək ki, "Fənərbaxça" və "Beşiktaş"ın oyunlarında hökumətin istefaya çağırılması səbəbindən səfər kmandalarına azarkeş qadağaları tətbiq etməyə başlayıblar.

Bunun ilk istefa çağırışından sonra MHP lideri Dövlət Baxçalının "oyunlar azarkeşsiz keçirilsin" tələbi əsasında həyata keçirildiyi iddiaları var.

Fərid

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR