Professor sərbəst buraxıldı - "Zorlama" iddiası irəli sürən alimin xaricə çıxışı qadağan olundu

img

01-03-2023 [12:24]


Dünən Türkiyədə sosial şəbəkədəki hesabından etdiyi paylaşıma görə saxlanılan məşhur professor Övgün Ahmet Ercan səhərə yaxın sərbəst buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Professor yazıb: "Gözəl ölkəmin gözəl insanları. Həmrəyliyiniz üçün çox sağ olun. Sizinlə fəxr edirəm. Saat 05:30-da Tunceliyə gəldim".

Xatırladaq ki, professor bundan əvvəl sosial şəbəkədə yazdığı status onun saxlanılmasına səbəb olub. O, həmin statusunda iddia edib ki, zəlzələnin ilk iki günü ərzində ordunun bölgəyə yeridilməməsi səbəbindən yaranan nəzarətsizlikdən sui-istifadə edənlər qorumasız qalan xeyli qadını zorlayıb.

O, məhz bu ifadəsinə görə "xalqı kin və düşmənçiliyə təhriketmə" ittihamı ilə dünən Elazığda tutularaq polisə gətirilib.

Məlumata görə, ifadəsi alındıqldan sonra məhkəməyə çıxarılan professorun xaricə çıxışı yasaqlanmaqla sərbəst buraxılıb: "Hazırda cinayəıt işi üzər araşdırma gedir..."

Onu da qeyd edək ki, pofessor Övgün Ahmet Ercan dünyanın məşhur geologiya mütəxəssislərndən hesab olunur.

Lamiyə

MİA.AZ
 

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR