Balta ilə adam öldürən azərbaycanlıya ömürlük cəza verildi

img

01-03-2023 [12:06]


Almaniyanın Detmol Şəhər Məhkəməsi adam öldürməkdə təqsirləndirilən azərbaycanlı Elçin Ağayevlə bağlı yekun qərarını verib.

Mia.az “Report”a istinadla xəbər verir ki, E.Ağayev məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.

Yekun qərardan əvvəl son dəfə E.Ağayevin birlikdə yaşadığı Ukrayna vətəndaşı Olqa adlı qadın “Skype” vasitəsi ilə məhkəmə prosesinə qoşulub.

Xatırladaq ki, qətl hadisəsi ötən il iyunun 18-də Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Kalettal şəhərində baş verib.

Belə ki, azərbaycanlı E.Ağayev 39 yaşlı Andrey F.Rintelneri qısqanclıq zəminində balta ilə qətlə yetirməkdə şübhəli bilinir. Daha sonra o, Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə polisin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Bu il yanvarın 8-də Detmol Şəhər Məhkəməsində keçirilən hazırlıq iclasında E.Ağayev cinayəti qısqanclıq zəmində törətdiyini etiraf edib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR