Partiya sədri "Beşiktaş"dan istefa verməyib? - Açıqlama

img

28-02-2023 [22:39]


"Beşiktaş" klubu ötən gün stadionda hökumətə qarşı şüarlar səsləndirən azarkeşlərə görə klubun konqres üzvlüyündən istefa verən MHP sədri Baxçalının qərarı ilə bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, bu barədə klubun Qeydiyyat Şurasının sədri Şahabettin Önkol yayılan bəzi  iddialara da aydınlıq gətirib.

O bildirib ki, MHP lideri Dövlət Baxçalının klub üzvlüyündən istefası barədə kluba hər hansı bir yazılı bildiriş daxil olmayıb: "Cənab Baxçalıının "Beşiktaş" üzvülüyü üçün hər hansı borcu yoxdur və borca görə klubun konqres üzvlüyündən guya xaric olunması barədə yayılan xəbərlər də tamamilə yalandır".

Önkol bir daha bildirib ki, bu məlumatları cəmiyyəton diqqətinə çatıdrmağı özlərinə borc bilirlər.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR