Lavrov Bakıda: “Azərbaycanla münasibətlərdə dürüstlüyə xüsusi önəm veririk”

img

28-02-2023 [15:19]


“Rusiya-Azərbaycan Ekspert Şurasının fəaliyyəti ikitərəfli münasibətlərin inkişafına töhfə verir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası çərçivəsində “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusuna həsr olunan konfransda deyib.

“Azərbaycanla münasibətlərdə dürüstlüyü xüsusilə qeyd edəcəyəm. Mövqelərimizin üst-üstə düşmədiyi yerləri ört-basdır etməyə çalışmırıq. Biz nüansları dürüst şəkildə dilə gətirir və həll edirik. Bu məsələ Bəyannamədə öz əksini tapıb”, - o vurğulayıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıya səfəri ərəfəsində baş tutan görüşü çox səmərəli olub: “Danışıqlarımız formal deyil, praktik xarakter daşıyıb”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA