"AK Partiyadan istefa ver, Baxçalı” - Siyasilərdən MHP liderinə mesajlar verildi

img

27-02-2023 [23:49]


MHP sədri Dövlət Baxçalının dünən axşam oynanılan "Beşiktaş" - "Antalyaspor" matçında hökumətin istefası barədə şüarlara görə "Beşiktaş"ın konqres üzvlüyündən istefa verməsinə ölkənin siyasiləri münasibət bildirib.

Mia.az xəbər verir ki, keçmiş baş nazir, hazırda Gələcək Partiyasının sədri olan Əhməd Davudoğlu sosial şəbəkə hesabınfa yazıb: "Tribunlar hökumət ietafa, istefa ded, Baxçalı yenə yanlış anladı, "Beşiktaş" üzvlüyündən istefa verdi".

Məmləkət Partiyasının lideri Məhərrəm İncə də Baxçalıya replika atıb: ""Beşiktaş"dan istefa edəncə, AK Partiyadan istefa ver, Baxçalı”.

HDP həmsədri Pervin Buldan isə belə paylaşım edib: "Mən "Beşiktaşlı"yam…".

CHP-nin İstanbuldan deputatı Gürsel Tekin də paylaşımında MHP sədrinin qərarını ironiya ilə qarşılayıb.

Samir MUSAYEV

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib