Şirvanda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilib - FOTO
27-02-2023 [19:53]
Bu gün Şirvan Diaqnostika Mərkəzində Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Ilqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyətinin və Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin məsul əməkdaşları, səhiyyə işçiləri iştirak edib.
Öncə tədbir iştirakçıları Şirvan Diaqnostika Mərkəzinin foyesində Dövlət Rəsm Qalereyasının və şəhər məktəblilərinin əl işlərindən və rəsm əsərlərindən, həmçinin Heydər Əliyev Mərkəzinin eksponatlarından ibarət sərgi ilə tanış olublar. Sonra məktəblilərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş olunub. Tədbir Şirvan Diaqnostika Mərkəzinin akt zalında davam edib. Müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə xanım Əliyevanın, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına canından keçən şəhidlərin və qardaş Türkiyə Respublikasında zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov səhiyyə işçilərini salamlayaraq, onlara şərəfli və məsulliyyətli işlərində uğurlar arzulayıb.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafına göstərdiyi xidmətlərdən söz açıb. Hələ ötən əsrin 70-80-ci illərində tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmasından, tibb elmi və səhiyyə sahəsində mövcud durğunluğun aradan qaldırılmasına nail olmasından bəhs edib. Tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyevin respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmasına nail olduğunu diqqətə çatdırıb. Azərbaycan Dövlət Tibb İnstitutunun keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilməsində, tibbi kadr hazırlığında rolunun artmasında Ulu öndərin zəhmətini xüsusi vurğulayıb. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olduğunu qeyd edib.
Zərifə Əliyeva, İbrahim Topçubaşov, Həmidbəy Mahmudbəyov, Tamerlan Əliyev, Tağı Tağızadə, Adilə Namazova, Böyükkişi Ağayev və başqalarının bu gün səhiyyəmizin inkişaf tarixində ən mötəbər yerlərdən birini tutduğunu bildirib. Məhz Heydər Əliyevin tapşırıq və tövsiyələri ilə müasir profilli tibb müəssisələri açıldığnı, elmi-tədqiqat oftalmologiya, elmi-tədqiqat onkologiya institutları üçün müasir tipli tam təchizatlı binaların tikilib xalqın istifadəsinə verildiyini söyləyib. Ulu öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda Azərbaycan səhiyyəsinin inkişafı, milli kadr potensialının gücləndirilməsi, müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisələrinin yaradılması sahəsindəki fəaliyyətinin bəzi məqamları barədə məlumat verib.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Kamil Əhmədov, Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Mətanət Səfərova, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Mehparə Səmədova, səhiyyə işçiləri Təranə Cəlilova və Nərmin Salmanova çıxış edərək, Ulu Öndərin sayəsində Azərbaycanda tibb elmi və tibb təhsili sahəsinin, eləcə də Azərbaycan səhiyyəsinin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrların yetişdiyini bildiriblər. Hazırda Azərbaycanın milli tibb kadrlarının nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrinin tanınmış tibb müəssisələrində də böyük müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini qeyd ediblər. Dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizədə səhiyyə işçilərinin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.
Çıxışlardan sonra Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb